Azərbaycanın müdafiə nazirləri (SİYAHI)

Bunu da oxuyun

Azərbaycanın müdafiə nazirləri

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 99 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılıb. 

O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.

İndiyədək Azərbaycanın 12 müdafiə naziri olub. “Qaynarinfo” onların siyahısını təqdim edir:

1. Xosrov bəy Sultanov (mülki şəxs) – 28.05.1918 – 11.06.1920

2. Səməd bəy Mehmandarov (artilleriya general-leytenantı) – 26.12.1918 – 01.04.1920

3. Valeh Bərşadlı (general-leytenant) – 05.09.1991 – 11.12.1991

4. Tacəddin Mehdiyev (general-mayor) – 11.12.1991 – 17.02.1992

5. Şahin Musayev (polkovnik) – yanvar, 1992 – 24.02.1992

6. Tahir Əliyev (polis polkovniki) – 24.02.1992 – 17.03.1992

7. Rəhim Qazıyev (mülki şəxs) – 17.03.1992 – 20.02.1993

8. Dadaş Rzayev (general-mayor) – 23.02.1993 – 17.06.1993

9. Vahid Musayev (general-mayor) – 13.08.1993 – 25.08.1993

10. Məmmədrəfi Məmmədov (general-leytenant) – 2.09.1993 – 06.02.1995

11. Səfər Əbiyev (polkovnik) – 05.02.1995 – 22.10.2013

12. Zakir Həsənov (general-polkovnik) – 22.10.2013 – indiyədək

Qeyd edək ki, 1995-2013-cü illərdə nazir vəzifəsini tutmuş Səfər Əbiyev 1993-cü ilin iyun-avqust ayında müdafiə nazirinin səlahiyyətlərini icra edib. (Qaynar)

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728