"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycanın müxalifət liderlərinə pensiya kəsilməlidir” – Rəsul Quliyevdən əcaib təklif

02 Dekabr 2015 - 23:28
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Azərbaycanın müxalifət liderlərinə pensiya kəsilməlidir”
“Azərbaycanda 2005-ci ildən demək olar müxalifət yoxdur. 2012 və 2013-cü illərdə yenidən müxalifət yaratmağa cəhd edildi, onun əvəzində növbəti Milli Şura adlanan amorf, heç kimin məhəl qoymadığı, altında heç bir şey olmayan bir ad ortaya çıxdı”.

Bunu Modern.az saytına açıqlamasında Azərbaycan parlamentinin eks-spikeri, hazırda ABŞ-da mühacirətdə olan Rəsul Quliyev müxalifətin vəziyyətini şərh edərkən deyib.

O bildirib ki, dəqiq elmlərdə işləyən qanunları dəyişmək mümkün olmadığı kimi, ictimai-siyasi proseslərdə müəyyən qanunauyğunluqlar çərçivəsində işləməlidirlər. Sabiq spiker qeyd edib ki, demokratiya üçün müxalifətin olması vacib şərtdir:

“Bəzi ölkələrdə, məsələn, Qazaxıstanda liderlər müxalifət imitasiyası yarada bilər. Bəzilərində isə bu yoxdur. Biz əgər demokratiya, hüquq bərabərliyi yolunu seçiriksə, ölkədə normal müxalifətin olması əsas şərtdir.

Bu gün Rusiyanın Krım və Donbas vilayətini işğal etməsi, Türkiyəyə meydan oxuması, həm də ideologiyalı terrorizmin inkişafı problemləri qloballaşıb. Belə bir məqamda heç bir ölkənin kənarda seyrçi kimi dayanmaq şansı yoxdur. Belə bir vəziyyətdə respublikada ölkə maraqlarını meyar kimi qəbul edən güclü müxalifətin olması vacibdir.

Ümumiyyətlə, güclü müxalifətsiz inkişaf ola bilməz. Ölkədə hakimiyyətin apardığı siyasətə opponentlik edən güclü qurumların olması vacibdir. Xalqın müəyyən hissəsinin, azı 30 faizinin qulaq asdığı, qəbul etdiyi opponentin gücü olur. Çünki hakimiyyət onlarla razılaşmağa və siyasətində müəyyən korrektələr etməyə məcburdur. Lakin Azərbaycanda vəziyyət fərqlidir”.

Rəsul Quliyevin fikrincə, indiki müxalifət liderlərinin yerlərini daha cavan nəslə verməsi fikri mənasız bir ideyadır: “Müsavat Partiyasında sədr yerini vermək prosesini gördük. Başqan (İsa Qəmbəri nəzərdə tutur – red.) yerini özündən bütün komponentlərlə qat-qat aşağıda durana verdi. Nəticədə “mən varam, partiya var, mən yoxam, partiya yoxdur” şüarının düz olduğu özünü göstərdi Hadisələrin nə ilə nəticələndiyini bilirik”.

Rəsul Quliyev bütün müxalifət partiyaları liderlərinin istefa verməsinin əhəmiyyətli olduğunu vurğulayıb: “Onlar yerlərini heç kimə vermədən, sadəcə istefa verib getməlidirlər. Hökumət iki il bundan qabaqkına nisbətən, indi normal müxalifətin yaranmasında daha maraqlıdır. Ona görə onların səhnəni tərk etməsi və yeni nəslin irəli keçməsinə kömək etməlidirlər. Məsələn, onlara pensiya kəsilməlidir. Əminəm ki, bu prosesləri tezləşdirər və yeni nəsil özü boşalan müxalifət meydanını tutar”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ramil Usubov Nardarandan danışdı: `Heç bir təhlükə yoxdur`

Next Post

Qorbaçov: “Türkiyə ilə dialoq mütləqdir”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Qorbaçov: “Türkiyə ilə dialoq mütləqdir”

ABŞ-dan maliyyələşən fond Ermənistan və Qarabağda fəaliyyətini dayandırdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.