"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanın postneft dövrünə qəfil başlamasının pərdəarxası

16 Fevral 2016 - 10:25
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycanın postneft dövrünə qəfil başlamasının pərdəarxası

Hökumətin bu dövrə niyə 2030-cu ildə başlamağı planlaşdırırmış?

Ölkə başçısının son çıxışlarında yadda qalan fikirlərdən biri də Azərbaycan üçün postneft dövrünün vaxtından əvvəl başlaması haqqında idi. Prezident bildirmişdi ki, əslində biz postneft dövrünə 2030-cu ildən sonra hazırlaşmağı planlaşdırırdıq. Lakin artıq bizim üçün neftdən sonrakı dövr başlayıb. Dövlət başçısı buna Qərb-Rusiya savaşının səbəb olduğunu və bu münaqişənin neftin ucuzlaşmasının başlıca səbəbi olduğunu göstərmişdi. 
Ölkə başçısının postneft dövrünü nə üçün məhz 2030-cu ildən sonraya hesablaması da sual doğuran məqamlardan biri idi.
“Yeni Müsavat”a açıqlamasında bu məsələyə münasibət bildirən Neft Araşdırmalar Mərkəzinin rəhbər İlham Şaban postneft dövrü ilə bağlı hesablamaları qəbul etmədiyini bildirib: “Prezidentin bu çıxışından mən belə anladım ki, hökumət uzun müddət neftin 100 dollardan baha olacağı proqnozuna özünü kökləyibmiş. Ancaq biz neftin son 40 ildəki qiymətlərini müqayisə etsək görərik ki, hər 5 ildən bir qara qızılın qiyməti dəyişir, gah ucuzlaşır, gah da bahalaşır. Yəni neft qiyməti stabil olan bir xammal deyil, onun qiyməti çox mürəkkəb faktorlardan asılıdır”.
Ekspertin sözlərinə görə, hökumətin özündə də çox dəqiq proqnozlar var idi ki, getdikcə istehsal və ixrac azalacaq: “Deyək ki, 2010-cu ildə sən 51 milyon ton neft hasil edibsən. 2021-ci ildə bu hasilatın həcmi 35 milyon ton olacaq, yəni 16 milyon ton azalacaq. Yəni qiyməti stabil olsa belə, gəlirlər çox kəskin şəkildə azalacaq. Ona görə də mən çox təəccüb edirəm ki, Azərbaycan hökumətinin  iqtisadi təhlilçiləri reallığı əks etdirməyən məlumatları ölkə başçısına təqdim edirlər. Heç kim nəzərə almayıb ki, neft ucuzlaşa bilər, hasilat azala bilər. Ümumdaxili məhsul azala bilər. Yəni reallıqdan uzaq proqnozlar verilib”.
Postneft dövrünün başlamasının dünyada  alternativ enerji mənbələrinin inkişafı ilə bağlı olmasına gəlincə, İ.Şaban bildirdi ki, alternativ enerji artıq inkişaf etmiş ölkələrin həyatına daxil olub: “Ancaq alternativ enerji heç vaxt ənənəvi enerjini geridə qoya bilməz. Nə, 2030-cu ildə, nə də 2040-cı ildə. Sadəcə, enerji sektorunda  alternativ enerjinin payı getdikcə artacaq. Bu, reallığı əks etdirən fikir olar. Getdikcə dünyada alternativ enerjidən yararlanmaq dərəcəsi artacaq. Bundan əlavə, ənənəvi enerjinin faydalı iş əmsalı artacaq. Eyni bir iş üçün daha az yanacaq sərf olunacaq. Ənənəvi enerjidən  çox qənaətlə istifadə etmək metodları ortaya çıxacaq. Ona görə də ənənəvi enerjiyə olan tələbat, əsas istehlakçı ölkələr olan Qərb ölkələrində azalır. Yaxın 10 ildə dünyanı çox maraqlı proseslər gözləyir”.
 
Politoloq Elxan Şahinoğlu da postneft dövrünün başlamasının hökumət üçün gözlənilməz olduğunu bildirdi: “Hakimiyyət təmsilçiləri neft istehsalının azalacağına hazır olsalar da, qiymətlərin bu dərəcədə düşməsinə hazır deyildilər. Ancaq beynəlxalq və yerli ekspertlərin proqnozları var idi ki, qiymətlər düşə bilər. Görünür, bu proqnozlar da diqqətə alınmadı”.
Postneft dövrünün başa çatmasının  alternativ enerjinin tətbiqi ilə bağlılığına gəlincə, E.Şahinoğlu  dünyada bu prosesin sürətləndiyini vurğuladı: “Bu prosesə Azərbaycanda da başlanıldı. Neft gəlirlərinin yaxşı olduğu dövrdə də müəyyən layihələr ortaya qoyuldu. Buraya günəş enerjisi, külək enerjisi də və sair daxildir. Lakin proses istənilən sürətlə getmədi. Dünyada isə bu proses sürətlə gedir. Avropa bu məsələdə daha öncədir. İnkişaf etməkdə olan ölkələrdə alternativ enerjidən istifadəni genişləndirməyə çalışırlar. Ancaq ənənəvi enerji ilə alternativ enerji arasında nisbət getdikcə azalmaqdadır. Azərbaycanda isə hələ ki proses daha zəif gedir. Görünür, bu məsələdə bir qədər də gecikmişik. Çünki bu, maliyyə tələb edən bir sahədir və maliyyə imkanları da getdikcə zəifləyir”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neft kəskin bahalaşdı

Next Post

Rusiya və Türkiyə üz-üzə gəlir – Müharibə

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusiya və Türkiyə üz-üzə gəlir – Müharibə

Türkiyə Yunanıstan sərhədini pozdu - `Döyüş` başladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.