"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanın Qətərdəki səfirliyində Heydər Əliyevlə bağlı tədbir keçirildi – Qətər qəzetində yazı dərc edildi

10 May 2018 - 15:28
in SİYASƏT

Azərbaycanın Qətərdəki səfirliyində Heydər Əliyevlə bağlı tədbir keçirildi - Qətər qəzetində yazı dərc edildi

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.

Səfirliyin əməkdaşları və Qətərdə yaşayan Azərbaycan icmasının nümayəndələrinin iştirak etdiyi tədbirdə səfir Rəşad İsmayılov çıxış edərək, ümummilli lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və dövlətimizin inkişafı naminə göstərdiyi əvəzsiz xidmətləri barədə ətraflı məlumat verib. Azərbaycanın yeni tarixinin 30 ildən çoxunun, ölkənin siyasi, iqtisadi və mədəni həyatının yenidən dirçəlişinin Heydər Əliyevin adı ilə bağlı olduğunu, onun yeritdiyi uzaqgörən daxili və xarici siyasət nəticəsində Azərbaycanın bu gün Şərq və Qərb arasında etibarlı tərəfdaşa çevrildiyini qeyd edən səfir Heydər Əliyevin beynəlxalq arenadakı inamlı addımları sayəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyinin dəyişdiyini və bütün beynəlxalq hüquqi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı məsələsinin öz əksini tapdığını vurğulayıb.
Azərbaycanın ümummilli liderinin layiqli davamçısı olan İlham Əliyevin Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini bildirən səfir, Heydər Əliyevin bütün azərbaycanlıların yaddaşında və ürəyində yaşadığını, Azərbaycan var olduqca Heydər Əliyevin də yaşayacağını qeyd edib.
Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin təşəbbüsü ilə Qətərin nüfuzlu ingilis dilli “The Peninsula” qəzetində də ulu öndər Heydər Əliyevə həsr olunmuş geniş məqalə dərc edilib.
Məqalədə, Azərbaycan xalqının 10 may tarixində Müasir Azərbaycan Dövlətinin memarı, ümummilli lideri Heydər Əliyevin 95-ci ildönümünün qeyd edildiyi bildirilərək, onun ömrünü bütünlüklə öz ölkəsinin və xalqının inkişafına və firavanlığına həsr etmiş böyük tarixi lider olduğu qeyd olunub. Yazıda Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə geniş yer verilib. Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərə toxunularaq, Heydər Əliyevin ölkəsinin müstəqilliyinin qorunması istiqamətində gördüyü işlərdən danışılıb.
Müasir Azərbaycanın yeni tarixinin 30 ildən çoxunun, ölkənin siyasi, iqtisadi və mədəni həyatının inkişafının və yenidən dirçəlişinin Heydər Əliyevin adı ilə bağlı olduğu, onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanın dünyada etibarlı tərəfdaşa çevrildiyi qeyd edilib. Azərbaycanın bugünkü uğurlu inkişafında Heydər Əliyev şəxsiyyətinin əvəzsiz faktor olduğu vurğulanıb. Yazıda Azərbaycanın ümummilli liderinin layiqli davamçısı olan İlham Əliyevin Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyi qeyd edilib. Azərbaycan xalqının Heydər Əliyevin xidmətlərini heç vaxt unutmayacağı nəzərə çatdırılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Həbsimə sifarişi Eldar Mahmudov verib, iki nəfər isə…” – İddia

Next Post

Qeyri-sabit hava şəraiti mayın 15-dək davam edəcək

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Qeyri-sabit hava şəraiti mayın 15-dək davam edəcək

Qeyri-sabit hava şəraiti mayın 15-dək davam edəcək

Putin: “Heydər Əliyevin siyasi müdrikliyi ona böyük nüfuz qazandırıb”

Putin: "Heydər Əliyevin siyasi müdrikliyi ona böyük nüfuz qazandırıb"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.