Ötən il Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi 2,995 mlrd. ABŞ dolları təşkil edib. Bu, illik müqayisədə 12,1% çoxdur.
Elchi.az-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə ölkənin Rusiyaya ixracı 29,8% artaraq 920,820 mln. dollar, idxalı isə 5,7% artaraq 2,074 mlrd. dollar təşkil edib.
Nəticədə, 2021-ci ildə Azərbaycanın Rusiya ilə ticarətində 1,153 mlrd. dollarlıq mənfi saldo yaranıb ki, bu da 2020-ci illə müqayisədə 7,9% azdır.





