"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanın “sülh olmasa, hərb variantı”: Zəngəzur, Göyçə, İrəvan undulmasın – TƏHLİL

05 Sentyabr 2022 - 23:30
in SİYASƏT

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması İrəvan administrasiyasının göstərəcəyi siyasi ədəb-ərkandan asılıdır.
Azərbaycan sülh üçün şərtləri təqdim edib, Azərbaycanın sülh konsepsiyası erməni fantaziyalarındakı ərazi iddialarının üzərindən qalın bir xətt çəkən diktəedici bəyandır və gedişatı həmin istiqamətlərin hansı formada təzahür edəcəyini müəyyənləşdirəcək.
Ermənistan sülh müqaviləsini Azərbaycanın tələbləri əsasında imzalasa, onda İrəvan regional kommunikasiyalara qoşulacaq və özünü dalandan çıxararaq firəvanlığa qovuşacaq.
Yox, Ermənistan Bakının jestlərini vaxtı yubadıb toparlanmaq üçün istifadə etsə, onda başının ağrısı onun vahid orqanizm kimi ölümünə gətirib çıxaracaq”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov Feysbuk hesabında qeyd edib.

“Ermənistan onsuz da Azərbaycana məğlubiyyətinin acısından qıvrılır, lakin ermənilərin ərazilərə dair əsatirləri hələ də qalmaqdadır, bu instinktiv fitnə isə revanşizm üçün mayak rolunu oynayır.
Qlobal siyasi sistemin məhvərindən çıxarılmasından ötrü gedən çarpışmanın notları Cənubi Qafqaz regionunda da hiss edilməkdədir və Azərbaycan risklərin neytrallaşdırılması üçün əhəmiyyətli tədbirlər görür.
Azərbaycan müdafiə qabiliyyətini yeni geosiyasi reallıqlara uyğunlaşdırır və potensialını regiondakı istənilən hərbi-siyasi təxribatı, radikal ideologiyaları zərərsizləşdirmək vasitəsinə çevirməkdə davam edir.
Erməni siyasi elitası və hərbi komandanlığı Azərbaycanın hərbi qüdrətini düzgün dəyərləndirməlidir, revanşizm və ya onun ekvivalentində bir ideyalar toplusu istehsal etməkdənsə, özünü praqmatik gündəliyə kökləməlidir.
Bu həm Azərbaycanın, həm onun strateji müttəfiqi Türkiyənin maraq dairəsində qırmızı xətlə keçir. Bakı-Ankara müştərək maraqlarının miqyası isə Ermənistanın tutacağı mövqe ilə düz mütənasib şəkildə inkişaf edəcək.
Yəni, İrəvan çox atlanıb-düşsə, Bakı Ankaranın dəstəyi ilə özünün maraq radisunun tətbiqini genişləndirəcək.
Azərbaycanın çevrəsi tarixi ərazilərə baxış bucağını özündə cəmləşdirir, dünyanın və regionun əsas güclərindən biri olan Rusiya da Ermənistanın ikibaşlı mövqeyindən usandığından Bakıya həlledici siyasi dəstək verir.
Bu mənada Azərbaycanın öz tarixi əraziləri olan Zəngəzura, Göyçəyə, İrəvana mənəvi himayəçiliyi hüquqi nəticələrə gətirib çıxara bilər – ərazi iddialarına qarşı adekvat cavab kimi”.

Ekspert qeyd edib ki, Azərbaycanın Zəngəzuru, İrəvanı, Göyçəni götürərək tarixi gerçəkliyi hüquqi əsasa söykətmək üçün kifayət resursu mövcuddur:

“Azərbaycanın leksikonuna Qərbi azərbaycanlılar adı ilə düşən soydaşlarımızın tarixi ərazilərə qayıdıb orada yaşamaq hüququ var, hesab etmək olar ki, Bakı sülh gündəliyinin pərdəarxasında həmin məqamı da mümkün razılaşmaların tərkib hissəsi kimi masaya qoyur.
Amma Ermənistan bundan imtina edən hərəkətlər etsə, onda Azərbaycan hərbi variantla istədiyini təmin edəcək.
Azərbaycan Ermənistanla sərhədin bütün zolağından – Naxçıvan, Tovuz, Qazax, Gədəbəy, Kəlbəcər, Daşkəsən, Laçın – İrəvanı administrativ bir quruluşa endirmək potensialına malikdir.
Ermənistan və ona havadar çıxmaq istəyənlər Azərbaycanın gücünü düzgün ölçməlidir, çünki Prezident İlham Əliyev dediklərini edir və nəticəni bütün dünyaya göstərir.
Sərhədlərin delimitasiyası mövzusunda da 1920-ci və ondan əvvəlki illərin xəritəsinə boşuna istinad edilmir, Azərbaycan isə istəyir ki, bu prosesi sülhyaratma mexanizmləri yönləndirsin.
Bu sülh təşəbbüsünün qarşısına keçmək isə Azərbaycana hərbi ssenarilər üçün zəminlər verir və Bakını həmin ərazilərdəki mümkün hərbi əməliyyatların xəritəsini cızmaq üzərində düşünməyə vadar edir”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Lavrov Mirzoyanla görüşdü

Next Post

Türkiyə və Fransa XİN başçıları Qarabağı müzakirə edib

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Türkiyə və Fransa XİN başçıları Qarabağı müzakirə edib

Türkiyə və Fransa XİN başçıları Qarabağı müzakirə edib

Çavuşoğlu: Azərbaycan buna imkan yaratdı

Çavuşoğlu: Azərbaycan buna imkan yaratdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.