"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanın `Şumaxeri` ilə maraqlı Müsahibə

24 Fevral 2016 - 09:55
in XƏBƏR LENTİ

“F1 Avropa Qran-Pri”sininin ilk rəsmi elçisi və “Formula 3” yarışlarında Azərbaycanı təmsil edən gənc pilot Gülhüseyn Abdullayev Bakı Şəhər Halqasının mətbuat xidmətinə müsahibə verib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

– Siz, “Formula Gulf 1000” yarışlarından bir neçəsində qələbə qazandınız. Bu sizin üçün nə deməkdir?

-Bu seriyada qələbə mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Belə ki, bütövlükdə bu, mənim Formula 1 karyeramda müsbət bir başlanğıcdır. Yeni mövsümün ilk yarışlarında podiumda birinci olmağım ətrafımda olan hər kəsi çox sevindirdi.

– Yeni mövsümdə iştirak edəcəyiniz “Avropa Formula 3” avtomobilləri “Formula Gulf 1000” avtomobillərindən nə ilə fərqlənir?

-Əslində bu avtomobillər arasında fərq çox böyükdür. F3 seriyalı avtomobillər daha sürətli və sərt olması ilə seçilir. “Formula Gulf 1000” seriyalı avtomobillər Avropa seriyalı olanlardan yumşaqlığı ilə fəqlənir. Bu, əsasən, sükan və əyləc sistemində daha çox hiss edilir.

-Mövsümə hazırlığınız necə davam edir?

-Hər şey planlaşdırdığımız kimi davam edir. Biz mövsümöncəsi test yürüşlərimizi uğurla başa vurduq və artıq qış testlərinə tam hazırıq. Həmçinin, fiziki hazırlığıma da fikir verirəm. Hər şey qaydasındadır.

-Formula 1 yarışında ən çox sevdiyiniz pilot kimdir? Və nə üçün?

-Mənim ən çox sevdiyim pilot Ayrton Sennadır. Ola bilər o, çempionluq tarixində çoxlu sayda yarış qazanmayıb, amma əldə etdiyi üç çempionluq titulu möhtəşəm və dramatik idi. O, bu günədək keçirilmiş F1 yarışlarının ən yaxşı pilotu hesab olunur. O, həmçinin, yarış xaricində Braziliya əhalisinə dəstək olduğu və köməklik göstərdiyi üçün də yaxşı bir insan kimi tanınır.

-Yeni mövsümdə qarşınıza hansı məqsədi qoymusunuz?

– Bu mövsümdə daha çox təcrübə qazanmağı qarşıma məqsəd qoymuşam. Həmçinin, yeni başlayanlar sırasında podiumda ilkin yerləri qazanmağı planlaşdırıram. Digər pilotlarla müqayisədə mən bir az təcrübəsizəm, lakin əlimdən gələn hər şeyi etməyə çalışacam.

-Bu il əsas rəqib olaraq kimi görürsünüz? Avropa Formulasında iştirak edəcək pilotlar haqqında nə deyə bilərsiniz?

-Bu il Avropa Formulasında rəqabət çox yüksək səviyyədə olacaq. “FİA Formula 3” seriyasından bir neçə komanda bu yarışa qatılacaq. Mübarizə çox maraqlı olacaq. Hesab edirəm ki, mənim əsas rəqiblərim Avropa Formulasına keçən digər debütantlar olacaq.

-Ən sevdiyiniz trek hansıdır? (Əlbəttə, Bakı Şəhər Halqasından başqa)

– Mənim ən sevdiyim trek Belçikada yerləşən Spa-Frankorşam trekidir. Bu trek uzun olmasına və “Eua Rouge” döngəsinə görə xoşuma gəlir.

-Bakı Şəhər Halqası haqqında nə deyə bilərsiniz? Trekin hansı hissəsi sizin üçün daha möhtəşəm görünür?

-Bakı Şəhər Halqası çox möhtəşəmdir və burada yarış pilotlar üçün gərgin keçəcək. Əsasən 8 və 9-cu döngəni xüsusi ilə qeyd etmək istərdim. Pilotların bu döngələrdəki mübarizəsini izləmək çox maraqlı olacaq. Həmçinin, pilotlar güclü Bakı küləyini nəzərə almalıdırlar. Çünki belə halda bolidləri idarə etmək çətin olacaq.

-Avropa Qran Prisinə gəlmək istəyən Formula 1 azarkeşlərinə nə dəmək istərdiniz?

-Bakı Şəhər Halqası Spa-Frankorşam trekindən sonra ən maraqlı və ən çox gözlənilən trek olacaq. Mən bu yarışı səbirsizliklə gözləyirəm və əminəm ki, Avropa Qran Prisi ən yaddaqalan bir yarış kimi Formula 1 tarixinə keçəcək.

-Ümumi bir sual, Formula 1 yarışı sizin üçün nə düməkdir?

-Formula 1 yarışı mənim üçün həyat tərzi deməkdir. Biz yalnız trekdə deyil, həyatda da rəqabət aparırıq. Biz zamanla mübarizə aparırıq və hər birimiz həyatda ən çox arzuladığımız hədəflərə nail olmaq üçün çalışırıq. Buna görə yarış bir həyatdır. Lakin peşəkar yarışlar uzun zamandır həvəsdən düşmədiyim işlərdən biridir, çünki mən bu işi çox sevirəm. Yarış zamanı qazandığım adrenalin məni bu idman növünü sevməyə vadar edir. Digər vacib məqam isə təhlükədir. Formula 1 yarışları hələ də həyat üçün təhlükəli olaraq qalır və bu səbəbdən pilotlar daha çox hörmətə layiqdir.

-Uşaqlıq illərində kumiriniz kim olub?

-Mixael Şumaxer. Onun qələbələrini izləyərək bu idman növünü çox sevdim və Şumaxerə azarkeşlik etməyə başladım. Onun yazdığı tarixə şahid olmaq möhtəşəm hisslərdən biri idi. Ümumilikdə, Mixaelin 7 titul qazanmasını, Sebastyan Löbün WRC seriyasında 9 qat çempion olmasını və Valentino Rossinin 7 dəfə MotoGP yarışının ən güclüsü olduğunu gördüyümə görə, özümü xoşbəxt sayıram. Hər onillikdə eyni pilotlara bu qədər qələbə nəsib olmur.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev Tehrandan önəmli bəyanatlar verdi

Next Post

Minsk Qrupundan necə qurtulmalı…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Minsk Qrupundan necə qurtulmalı...

“Pegasus”dan bilet alanda diqqətli olun - ƏLAVƏ ÖDƏNİŞ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.