"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanın sürücülük vəsiqələri xarici ölkələrdə niyə tanınmır? – Qüsurlar var

04 Aprel 2018 - 16:49
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycanda verilən sürücülük vəsiqələrində iki 2 qüsur var.

Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, birinci qüsur vəsiqələrdə bəzi hərflərin latın əlifbası ilə olmaması ilə bağlıdır:


“”Yol hərəkəti haqqında” 1968-ci il Vyana konvensiyasının 6 saylı əlavəsinin 6-cı (köhnə redaksiyada 3-cü) bəndində qeyd olunur ki, milli sürücülük vəsiqəsində bütün məlumatlar latın əlifbasının hərfləri ilə yazılmalı, başqa əlifba ilə yazıldıqda isə latın hərfləri ilə transliterasiya edilməlidir (yəni təkrar yazılmalıdır). Bizim əlifbadakı 7 hərf latın hərfi olmadığına görə vəsiqələrimizdə bu hərflər olacağı təqdirdə həmin vəsiqə Konvensiyaya uyğun sayılmayacaq, çünki bizim vəsiqələrdə belə sözlər təkrarlanmır”.

İkinci qüsur vəzisəqədəki məlumat sıralaması ilə bağlıdır: “Konvensiyanın 6 saylı əlavəsi 2004-cü ildə yeni redaksiyada verilib və həmin yeni redaksiya 2011-ci ildə qüvvəyə minib. Yeni redaksiyada vəsiqədə məlumatların bəndlər üzrə sıralanması da bizim vəsiqələrdə pozulub. Həmin sıralamanın pozulması da vəsiqələrimizi xarici ölkələrdə yararsız hesab edir”.

Hüquqşünas qeyd edib ki, düzdür, bəzi ölkələrdə bunun fərqinə xüsusi varmırlar, amma elə ölkələr var ki, orada qanunvericiliyin bir hərfində də güzəşt etmirlər, ona görə də bizim vətəndaşlar problemlə üzləşirlər.

Ə.Hüseynovun fikrincə, bu qüsurlar xaricdə vəsiqənin dəyişdirilməsi və ya avtomobil icarəyə götürəndə də problemlər yaradır: “Ən ciddi problem bizim vəsiqəmizi xarici ölkədə yerli vəsiqəyə dəyişəndə yaranır. Yolda xidmət edən polis qeyd etdiyim uyğunsuzluqları əhəmiyyətsiz saysa da, həmin ölkənin vəsiqə verən məmuru Konvensiya ilə uyğunsuzluğu görür və dəyişməkdən imtina edir.

Bəzi ölkələrdə isə avtomobil icarəyə verənlər bizim vəsiqəni yaxına buraxmırlar. Onlar isə adətən sığortadan qorxurlar, çünki belə vəsiqə ilə sürən adam qəza törədəndə sığorta şirkəti bizim vəsiqənin həmin uyğunsuzluğunu rəhbər tutub deyir ki, buna niyə avtomobil vermisiniz, ödəniş etmirəm”.

Ekspert hesab edir ki, problemdən çıxış yolu var və çox sadədir: “Hazırda verilən vəsiqələrin blankını (şablonunu) Konvensiyaya uyğunlaşdırıb, camaata normal vəsiqə verilməlidir. Özü də “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin VIII hissəsinə əsasən, sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Bayılda 6 ev tamamilə dağılıb” – Abid Şərifov

Next Post

Axtarışda olan 64 nəfər tutuldu

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Axtarışda olan 64 nəfər tutuldu

Axtarışda olan 64 nəfər tutuldu

Körpələrə qoyulmasına icazə verilən maraqlı ADLAR

Körpələrə qoyulmasına icazə verilən maraqlı ADLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.