"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanın tələb etdiyi israilli bloggerlə bağlı müəmma

23 Dekabr 2016 - 10:07
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycanın tələb etdiyi israilli  bloggerlə bağlı müəmma

Ekspert: “Ermənilərin məqsədi odur ki, məhz İsraillə Azərbaycanın arasını vursunlar”

 
Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edən, öz bloqunda Dağlıq Qarabağı “müstəqil respublika” kimi qeyd edən israilli blogger Aleksandr Lapşinin ölkəmizə  ekstradisiya olunması yubanır. İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri də Belarus hökumətindən  Minskdə saxlanılan A.Lapşini ekstradisiya etməməyi və onunla görüşə icazə verilməsini xahiş edib.
Vəziyyətin nə ilə nəticələnəcəyi ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, burada bir neçə məqam var: “İllərdir görünən budur ki, murdar işlər, konfliktlər yaratmağı dünyada ən yaxşı bacaranlar ermənilərdir. Onlar adamları seçib istifadə edərkən əsas məqsəd kimi düşünürlər ki, nəticə  Azərbaycan üçün xeyli ağır olsun. İndi də gedib hansısa üsulla İsrail vətəndaşını ələ alıb, Dağlıq Qarabağa gətiriblər. Burada bir məqam da var ki, Lapşin təkcə İsrail vətəndaşı deyil. O, 3-4 ölkənin vətəndaşıdır və cibində həmin dövlətlərin pasportunu da gəzdirir. Hara lazımdırsa, orada müvafiq pasportu təqdim edir. Görünür, Dağlıq Qarabağa gedəndə də ermənilərin göstərişi ilə İsrail pasportundan istifadə edib. Burada ermənilərin məqsədi odur ki, məhz İsraillə Azərbaycanın arasını vursunlar.  Dünyada belə dövlətlər çoxdur ki, onlar öz vətəndaşlarını mühakimə etmək üçün başqa dövlətlərə vermirlər. İsrail də belə dövlətlərdəndir. Lakin burada iki vacib nüans var. Belə ki, o, İsrail vətəndaşıdır, ancaq hansısa bir maraq üzündən, yaxud da təsadüfən Dağlıq Qarabağa getməyib. İsrail vətəndaşının Dağlıq Qarabağa səfəri məhz erməni planının tərkib hissəsidir. İsrailin əlində dəqiq məlumatlar var ki, ermənilər kimlərlə əməkdaşlıq edir və İsrailə doğru hansı qaydada müraciətlər ediblər”.
Image result for Mübariz Əhmədoğlu
 
Ekspert bildirib ki,  İsrail Xarici İşlər Nazirliyinin məsələ ilə əlaqədar verdiyi bəyanat və ilk nümayiş etdirdiyi mövqe zəruridir: “İsrail Xarici İşlər Nazirliyi öz vətəndaşları qarşısında hesabat verir. Buna görə də o göstərməlidir ki, vətəndaşının hüquqlarını müdafiə etmək üçün zəruri addımı atıb. Lakin eyni zamanda bir məsələ də var ki,  Azərbaycan tərəfi də artıq məlumat mübadiləsinə qoşulub. Ola bilər ki, İsrail Azərbaycandan gələn məlumatlarla tanış olduqdan sonra özü vətəndaşını bizim qanunvericilikdə olan qaydalardan daha sərt formada cəzalandırsın. Bu və ya digər dərəcədə onun mühakiməsində Azərbaycanın hüquqşünasları, rəsmiləri də iştirak edə bilərlər. İsrail erməni təxribatına uyub, Azərbaycana qarşı iş görən vətəndaşını sərbəst buraxmayacaq. Bu, mümkün olan deyil. İsrailin bu gün müsəlman dövlətləri ilə əlaqələrinə ciddi ehtiyacı var. Xristian dövlətləri ilə əlaqələri kifayət qədər olsa da, müsəlman dünyasında İsrail yalnız Azərbaycan, Türkiyə və Qazaxıstanla yaxınlıq edir. Bu dövlətlərdən İsrailin Azərbaycanla olan münasibəti daha dərin və xüsusidir. Ona görə də hesab edirəm ki, İsrail Ermənistanı itirməklə, elə bir böyük itki yaşamır. Bu baxımdan, düşünürəm ki, hətta İsrail həmin vətəndaşının Azərbaycanda mühakimə edilməsinə göz yumacaq. Yaxud da özü cəzalandıracaqsa, bu, xeyli dərəcədə sərt cəza olacaq. Bu məsələdən nəticə çıxarmaq üçün 5-6 ay lazım olacaq. Bu müddət ərzində İsrail Azərbaycandan sərt imtina edərsə, Belarusa nota verərsə, bu formada öz vətəndaşını geriyə almaq üçün addımlar atarsa, təbii ki, münasibətlərə təsiri olar”.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq. Lakin  əlaqə cəhdimiz nəticəsiz qaldı.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Həsən Ruhaninin Yerevan səfəri – hanı müsəlman həmrəyliyi, din qardaşlığı?! – ŞƏRH

Next Post

İŞİD niyə ölkəmizi hədəf seçib?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İŞİD niyə ölkəmizi hədəf seçib?

Türk nazir: “İŞİD-in videosunun doğru olub-olmadığını bilmirik”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.