"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycanın tam müstəqil siyasət yürüdən dövlət kimi nüfuzu göz önündədir”

14 Oktyabr 2022 - 17:30
in MÖVQE

“Azərbaycan Respublikasının xarici siyasət prioritetləri arasında Mərkəzi Asiya ölkələri və ümumilikdə türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsinin ölkəmiz üçün necə xüsusi önəm daşıdığı Prezident İlham Əliyevin Qırğızıstan və Qazaxıstana son səfərləri ilə bir daha əyani nümayiş olundu. Bu baxımdan, dövlət başçımızın ardıcıl olaraq hər iki türk dövlətinə səfəri həm tarixi, həm də strateji əhəmiyyət daşıyır. Astanaya səfəri Bişkekə səfərin davamı kimi qiymətləndirmək lazımdır. Hər iki türk paytaxtında Azərbaycan Prezidenti olduqca isti və səmimi qarşılandı. Bu ölkələrin istər liderləri, istərsə də sıravi insanları tərəfindən Azərbaycana münasibətdə əsl qardaşlıq ovqatı hiss olunurdu. Çünki Azərbaycanla bu ölkələri tarixi köklər, ortaq mövqelər birləşdirir”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov FB hesabında bildirib.

Onun sözlərinə görə, cənab Prezidentin bu səfərləri zamanı aparılan görüşlərdə imzalanan sazişlər və verilən bəyanatlar bütövlükdə türk dünyasının birliyinə böyük töhfə verəcək:

“Bundan əvvəl Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana səfərləri və Bişkekdə, Astanada keçirilən son görüşlər türk xalqları və dövlətləri arasında inteqrasiya prosesini daha da gücləndirəcək. Mərkəzi Asiyada yerləşən türk cümhuriyyətlərinin Azərbaycan və Türkiyəyə inteqrasiya olunması, Türk birliyinin nəhəng siyasi və iqtisadi birlik kimi, yeni güc mərkəzi kimi, geosiyasi aktor kimi ortaya çıxması artıq günümüzün zərurətinə çevrilməkdədir.
Bəli, Avropa İttifaqı olduğu kimi Türk İttifaqı, Türk Birliyi də olmalıdır. Və gələcəkdə ehtiyac duyularsa, bu birliyi hətta hərbi-siyasi birliyə də çevirmək olar. Görünən budur ki, Azərbaycan və Türkiyə liderləri Türk dünyasının gələcəyi ilə bağlı uzunmüddətli perspektivlərə hesablanmış vizyondan çıxış edirlər. Bu mənada, son illərdə Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi ilk növbədə İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın göstərdiyi səylərin nəticəsi kimi gözdən keçirilməlidir. Əliyev və Ərdoğan digər türk dövlətlərinin liderlərini gələcək böyük hədəflərə doğru istiqamətləndirirlər.
İlham Əliyevin Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündə ölkələrimizin müttəfiqliyi, strateji tərəfdaşlığı məsələsini xüsusilə vurğulaması heç də təsadüfi deyildi. Bəli, bizim ölkələr müttəfiqdir və bu müttəfiqlik ortaq köklərə, ümumi maraqlara, gələcək böyük hədəflərə əsaslanır. Strateji müttəfiqlik münasibətləri Qazaxıstan və Azərbaycan üçün həm yeni imkanlar açır, həm də qarşılıqlı öhdəliklərin məsuliyyət yükünü artırır. Strateji müttəfiqlər bir-birilərinin maraq və mənafelərini hər bir məqamda müdafiə etməlidirlər. Bir-biriləri ilə qarşılıqlı münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatdıran türk dövlətlərinin gücü qarşıdakı illərdə qat-qat artacaq.
Azərbaycan Prezidentinin Qazaxıstana səfəri həm də ölkəmizin hazırkı beynəlxalq proseslərdə yeri və rolunu qiymətləndirmək baxımından da olduqca əhəmiyyətlidir. Belə ki, dövlət başçımızın oktyabrın 13-də Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında etdiyi çıxış, həm də Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın tam müstəqil siyasət yürüdən dövlət kimi nüfuzunu göstərir”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ruslar Kiyev və Xarkovda hərbi komandanlığa zərbə endirdi

Next Post

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi…

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Bələdiyyədən bu səlahiyyət alındı – Deputatlar etiraz etdi

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi...

Putindən şok: Nüvə obyektində partlayış törətmək istədilər!

Putin səfərbərliyə cəlb olunanların sayını açıqladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.