
Məsələ ilə bağlı araşdırma aparan futbol11.az saytı bir sıra məqamları üzə çıxarıb. Bizdə olan məlumata görə, Kamal Quliyev hazırda sürücü işləyir. Mərc oyunlarında böyük ziyana düşən Quliyev sərvətini və əlində olan obyektlərin hər birini itirib. İndi o rayonların birinə sərnişin daşıyır.
“Neftçala” dağıldıqdan sonra Kamal Quliyev də futboldan uzaq düşdü. Düzdür, Quliyev bir müddət telekanallarda ekspert kimi çıxış etdi, amma son zamanlar ondan xəbər yoxdur.



