"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tanınmış jurnalisti necə şərləyiblər? – Vəkil ŞOK faktlar açıqladı

29 İyun 2022 - 14:43
in FLƏŞ, HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.10.2021– ci il tarixli qərarı ilə bəraət hökmü alan və 17.05.2022-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov tərəfindən əsassız və təhrif olunmuş faktlara əsasən beş il müddətinə azadlıqdan mərhum edilən jurnalist, Xalq.az və Bakutime.az portallarının baş redaktoru, “Dünya Azərbaycanlıları” İctimai Maarif Mərkəzinin direktoru Zaur Mirzəzadənin şərlənməsi ilə bağlı şok faktlar üzə çıxıb.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Elchi.az-ın məlumatına görə, jurnalistin vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Kamran Musayev bildirib ki, Bakı Apellyasiya Məhkəməsi heç bir hüquqi əsas olmadan müvəkkilinin barəsində beş il müddətinə həbs qərarı çıxarıb: “İş materialları ilə yaxından tanış olan və Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Mirzəzadənin hüquqlarını müdafiə edən vəkil olaraq bəyan edirəm ki, müvəkkilim heç bir cinayət əməli törətməyib və Bakı Appelyasiya Məhkəməsinin onunla bağlı hökmü qanunsuzdur. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş tam olaraq araşdırılıb və Zaur Mirzəzadənin barəsində bəraət hökmü çıxarılıb. Sonradan Baş Prokurorluq heç bir əsaslandırma aparmadan və təhrif olunmuş sübutlar təqdim edərək onunla bağlı protest verib. Bakı Apellyasiya Məhkəməsində iş materialları araşdırılmadan prokurorluğun protetsi təmin edilib. Hakim Faiq Qasımov məhkəmə tədqiqatı aparsaydı, o zaman Zaurun günahsız olduğu sübuta yetiriləcəkdi. Bir halda ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraət hökmü qüvvəsində saxlanılmayıb, bu aydın şəkildə deməyə əsas verir ki, məsələyə subyektiv yanaşılıb və kənar müdaxilə ilə nəticələnib”.

Vəkil qeyd edir ki, vaxtilə Zaur Mirzəzadə ilə dostluq münasibətləri olan və Dövlət Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş əməkdaşı Aygün Tarverdiyeva başqa bir şəxsdən aldatma yolu ilə 18 min AZN pul alıb: “2015-ci ildə bununla bağlı A.Tarverdiyevanı istintaqa çağırıblar və vəziyyətinin çıxılmaz olduğunu görən keçmiş dostu pulu Zaura verdiyini bəyan edib. 2017-ci ildə məlum olanda ki, Zaurun heç bir təqsiri yoxdur və sadəcə hansısa bir qadın tərəfindən şər-böhtana məruz qalır, onunla bağlı cinayət təqibinə son verilib.

Aygün Tarverdiyeva planlı olaraq Zaur Mirzəzadəni şərləyib. Zauru bu şərləməyə görə istintaqa cəlb ediblər və 3 müstəntiqin araştırmasına əsasən günahsızlığı sübuta yetirilib. Bu cinayət materiallarında da öz əksini tapıb. Məhz elə bu səbəbdən də Bakı Ağır Cinayətlər Məhkəməsi Zaur Mirzəzadə barəsində bəraət hökmü verib”.

Kamran Musayevin sözlərinə görə, 2021-ci ilin mart ayına qədər Zaur Mirzəzadə ilə ümumiyyətlə maraqlanan olmayıb: “Hansı ki, hadisənin 2015-ci ildə baş verdiyi iddia olunur. Altı il ərzində adamı bir dəfə dindirməyib, sonradan onu 4 iş günü ərzində məsuliyyətə cəlb etsələr də, Bakı Ağır Cinayətlər Məhkəməsində ədalət öz yerini tapdı. Təbii ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun əsassız qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik. Özlərindən saxta tarixlər və əlaqəsiz ittihamlar uydurub Zaur Mirzəzadəni əsassız olaraq həbsə məhkum ediblər. İnanırıq ki, növbəti instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsindən fərqli olaraq kənar müdaxilə olmayacaq və ədalət tərəzisi nizamlanacaq. Sona qədər müvəkkilimizin hüquqlarını qoruyacağıq” – deyə Zaur Mirzəzadənin vəkili vurğulayır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı:

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan-İran sərhədində insident

Next Post

İlham Əliyev İbrahim Rəisi ilə GÖRÜŞDÜ

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
İlham Əliyev İbrahim Rəisi ilə GÖRÜŞDÜ

İlham Əliyev İbrahim Rəisi ilə GÖRÜŞDÜ

Xəzəryanı dövlətlər yeni təşkilat YARADIR

Xəzəryanı dövlətlər yeni təşkilat YARADIR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.