İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyində terror aktını törədən şəxsə ölüm hökmü çıxarıb. Elchi.az xəbər verir ki, bu barədə AzTV “Telegram”da məlumat yayıb.
“İran məhkəməsi İran vətəndaşı Yasin Hüseynzadəyə ölüm hökmü çıxarıb”, – telekanalın xəbərində deyilir. Qeyd edək ki, sentyabrın əvvəlində İranın baş prokuroru Mohammed Kazem Movahedi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı cinayət işi məhkəməyə göndərildiyini bildirib.
Havar Şəfiyeva





