"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanın turizm bölgələrinə aparan bəzi yollarda yeni çatlar yaranıb, uçqun olub

02 Noyabr 2018 - 16:18
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycanın turizm bölgələrinə aparan bəzi yollarda yeni çatlar yaranıb, uçqun olub.

Elchi.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planalma ekspedisiyasının rəisi Əziz Qaralov özəl olaraq Trend-ə bildirib ki, oktyabr ayında Quba rayonu, Quba-Xınalıq avtomobil yolunun 37-46-cı km-də sürüşmə sahəsində aparılmış müşahidələrə əsasən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub, yol boyu uçqun-töküntü və oturma prosesləri müşahidə edilib. Yolun hərəkət hissəsində yeni çatlar əmələ gəlib:

“Bundan başqa, Xızı rayonu, Xızı-Altıağac avtomobil yolunun 1-ci km-də sürüşmə sahəsində aktivlik qeydə alınıb, yolu boyu bir neçə yerdə yeni uçqun hadisəsi baş verib, yolun 11-15-ci km-dəki sürüşmə sahəsinin dinamikasında da nisbi aktivlik qeydə alınıb, yolun yamac hissəsində uçqun-töküntü prosesləri müşahidə olunub”.

Onun sözlərinə görə, Şamaxı rayonu, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə zonasında ay ərzində aparılmış müşahidələrə əsasən avtomobil yolunun sol və sağ yamac hissəsində mövcud olan sürüşmə sahəsi üzərindəki çatların ölçülərində artım qeydə alınıb:

“Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də sürüşmə sahəsində isə sürüşmə prosesi aktivləşib, lokal sahələrdə uçqun prosesləri və bir neçə yerdə yeni lokal sahələrdə sürüşmə prosesi müşahidə olunub. Həmçinin atmosfer yağıntılarının təsirindən Lahıc qəsəbəsinin şimal-şərq hissəsində (Ərəgit kənd ərazisində) eni 120-140 m, uzunluğu 280-300 m olan sürüşmə sahəsi əmələ gəlib. Sürüşmə sahəsi üzərində müşahidə olunan çatların parametrlərində artım qeydə alınıb, sürüşmənin dil hissəsində yeraltı suların pazlaşaraq yer səthinə çıxması müşahidə olunub”.

Ə.Qaralov əlavə edib ki, Lerik rayonu, Lənkəran-Lerik yolunun 27-29-cu km-də sürüşmə sahəsinin dinamikasında da aktivlik müşahidə olunub, yol boyu yamac hissədə yeni uçqun hadisələri baş verib:

“Lənkəran-Lerik yolunun 45-47-ci km-dəki sürüşmə sahəsində yol boyu uçqun prosesləri və yolun hər iki hissəsində çökmə-oturma prosesləri qeydə alınıb. Lənkəran rayonu, Lənkəran-Lerik yolunun 17-19 km-dəki sürüşmə sahəsində isə müşahidələr zamanı yol boyu bir neçə yerdə uçqun-töküntü prosesləri və avtomobil yolunun hərəkət hissəsində oturma prosesləri müşahidə olunub. Həmçinin, Masallı rayonu, Masallı-Yardımlı yolunun 13-15 km və digər sahələrində aparılmış müşahidələr nəticəsində yolun sağ yamac hissəsində lokal sahədə sürüşmə, sol tərəfində isə çay dərəsi istiqamətində uçqun prosesi qeydə alınıb”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistan-İran sərhədi bağlana bilər – işğalçı ölkədə şok yaşanır

Next Post

Gömrük ödənişlərindən yayınan daha bir qrup hüquqi və fiziki şəxsin adı açıqlandı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Gömrük ödənişlərindən yayınan daha bir qrup hüquqi və fiziki şəxsin adı açıqlandı

Gömrük ödənişlərindən yayınan daha bir qrup hüquqi və fiziki şəxsin adı açıqlandı

Müşfiqin qalıqlarının bütün genetik müayinələri Azərbaycanda aparılacaq

Müşfiqin qalıqlarının bütün genetik müayinələri Azərbaycanda aparılacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.