"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanın Xarici İşlər Nazirliyi Polşaya xəbərdarlıq etdi

11 Avqust 2014 - 16:32
in SİYASƏT MANŞET

“Polşa tərəfi bundan sonra Azərbaycanla bağlı bəyanatlarda maksimum dərəcədə diqqətli və img1616868məsuliyyətli olmalıdır”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Marçin Voyçexovskinin 9 avqust tarixli bəyanatına cavab verib.
Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan cavabda bildirilir ki, Azərbaycan XİN Polşa XİN-in bəyanatını qəbul etmir: “Bu bəyanat daha çox qeyri-hökumət təşkilatının bəyanatına bəzəyir. Polşa tərəfi bundan sonra Azərbaycanla bağlı bəyanatlarda maksimum dərəcədə diqqətli və məsuliyyətli olmalıdır. Hesab edirik ki, bəyanat yalnız Polşa XİN-in mövqeyini əks etdirir.
Azərbaycan tərəfinin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda vətəndaş cəmiyyəti fəalları da daxil olmaqla, heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib və mühakimə olunmur. Polşa tərəfinin bəyanatında guya hüquq müdafiəçilərinə əsassız ittihamların irəli sürülməsi ilə bağlı iddia tamamilə əsassızdır. Qanunun aliliyinin tam təmin olunduğu ölkə kimi Azərbaycanda hər hansı siyasi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir. Bəyanatda adları çəkilmiş şəxslər konkret cinayət əməllərində təqsirləndirilmişlər və onların mühakiməsi Azərbaycan qanunvericiliyinə uyğun olaraq təmin olunacaq. Azərbaycanda məhkəmə sistemi tamamilə müstəqildir və hər hansı bir kənar müdaxilə siyasi təzyiq cəhdi kimi qiymətləndirilir və Azərbaycan tərəfindən rədd edilir.
“Fundamental hüquq və azadlıqların pozulmasının sosial gərginliyə yol açacağı” ilə bağlı isə AR XİN Polşa tərəfini narahat olmamağa çağırır. Azərbaycan dünya iqtisadi və maliyyə böhranının təsir etmədiyi az saylı ölkələrdən biridir və sürətli iqtisadi inkişaf nəticəsində ildən ilə vətəndaşlarının sosial rifahı daha da yüksəlir.
Azərbaycan ərazilərinin işğalına, 1 milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının kütləvi şəkildə pozulmasına və son günlər Ermənistanın təşkil etdiyi kəşfiyyat-diversiya əməliyyatları  nəticəsində Azərbaycan əsgərlərinin şəhid olmasına, mülki əhalinin belə hədəfə alınmasına və nəticədə cəbhə xəttində gərginliyin daha da artmasına Polşa tərəfindən reaksiyanın verilməməsi ikili standartların bariz nümunəsidir. Belə təəssürat yaranır ki, Polşa tərəfi insan hüquqlarına münasibətdə üçüncü tərəfin təlimatına əsasən qərəzli və ayrı-seçkilik salan yanaşma ilə çıxış edir.
Ərazisində gizli saxlanma məntəqələrinin mövcudluğuna, Roma icmasına qarşı geniş yayılmış diskriminasiyaya, eləcə də irqi zəmində zorakılığa görə beynəlxalq səviyyədə qınaq obyektinə çevrilmiş bir ölkənin bu problemləri aradan qaldırmaq əvəzinə özünü dünyada insan hüquqlarının pozulmasından narahatlıq keçirən ölkə kimi təqdim etmək cəhdi təəssüflə qarşılanır. Yuxarıda qeyd edilən ikili standartlar və Polşanın özündə olan problemlər fonunda Polşa XİN-i bu tipli bəyanatları ilə tamamilə qeyri-səmimi görünür.
Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi Polşanı Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrdən çəkinməyə çağırır. Bu tipli bəyanatlar Azərbaycan və Polşa arasındakı münasibətlərin ruhuna uyğun gəlmir və onların inkişafına xələl yetirir”.
Qeyd edək ki, Polşa XİN-in bəyanatında Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının siyasi motivli həbsi ilə əlaqədar narahatlıq ifadə olunub, bunun həmçinin Avropa ilə əməkdaşlıqda ciddi maneə yaratdığı qeyd edilib. Polşa XİN Azərbaycan hakimiyyətini Avropa Şurası, ATƏT və BMT qarşısında götürdüyü öhdəliklərə əməl etməyə çağırıb.

 

Bunu da oxuyun

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda yaşayış binasında yanğın

Next Post

Erməni iddiası: “Azərbaycanı müharibəyə Amerika sövq edir”

Bənzər yazılar

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

24 Aprel 2024 - 20:34

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir....

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

19 Fevral 2024 - 18:58

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

09 Dekabr 2023 - 23:50

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir...

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti  açıqladı

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti açıqladı

21 Noyabr 2023 - 13:39

Macarıstanın Baş naziri Viktor Orban plebisit elan edib. Onun gündəliyi Avropa Birliyinin Macarıstana ayırdığı maliyyənin dondurulması müqabilində Budapeştin Avropa İttifaqının...

Next Post

Erməni iddiası: “Azərbaycanı müharibəyə Amerika sövq edir”

Müsavat Partiyası ölkədəki həbs dalğasıyla bağlı bəyanat yayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.