"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanın xarici siyasəti 2015-ci ildə uğurla davam etdirilib

15 Dekabr 2015 - 16:08
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Rufiz Qonaqov: “Azərbaycan 2016-cı ildə də istər daxili, istərsə də xarici siyasət sahəsində yeni-yeni uğurlara imza atacaq”
Artıq 2015-ci ili yola salmağımıza sayılı günlər qalıb. İl ərzində regionda baş verən proseslər Azərbaycana da təsirsiz ötüşməyib. Düzdür, bu təsirlər müsbət və müəyyən mənada mənfi çalarları ilə yadda qalsa da, ümumilikdə 2015-ci ili Azərbaycan üçün uğurlu il kimi xarakterizə etmək olar. Elə əksər ekspertlər də bu qənaətdədirlər.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov da deyir ki, başa vurmaqda olduğumuz 2015-ci il Azərbaycanın ictimai-siyasi həyatında, beynəlxalq münasibətlər sistemi və xarici siyasətində çox uğurlu il olub. Onun sözlərinə görə, cari ildə Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən olan dostluq, mehribanlıq və əməkdaşlıq sahəsində bir çox ölkələrlə ikitərəfli əlaqələr quruldu, sazişlər imzalandı: “Eyni zamanda Azərbaycan ilk dəfə olaraq Birinci Avropa Oyunlarına evsahiblik etdi və bununla da daha bir tarix yazdı. Bu Azərbaycanın, xüsusilə cənab Prezident İlham Əliyevin 2015-ci ildə xarici siyasət sahəsində atdığı ən uğurlu addımlardan biri idi. Nəticədə biz Birinci Avropa Oyunlarının Azərbaycanda ən yüksək səviyyədə keçirilməsinə nail olduq. Bununla yanaşı il ərzində yenə də Azərbaycana qarşı ikili standartlardan çıxış edən, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan müəyyən beynəlxalq qurumlar, erməni lobbisinin təsiri altında olan dairələr müəyyən dərəcədə “fəallıq” göstərdilər. Lakin onlar yenə də öz məqsədlərinə çata bilmədilər və Azərbaycan həm Birinci Avropa Oyunları, həm də parlament seçkilərini yüksək səviyyədə həyata keçirdi. Əlbəttə ki, bütün bunlar dövlətimizin ən böyük uğurlarından biri idi. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif ölkələrə, beynəlxalq təşkilatlara yüksək səviyyəli dövlət səfərləri oldu. Dövlət başçısı bir müddət əvvəl UNESCO-da tarixi bir çıxış etdi. Prezident bir daha Azərbaycanın haqq səsi və ölkəmizlə bağlı mühüm məsələləri dünya ictimaiyyəti, UNESCO-nun üzvü olan dövlətlərin nəzərinə çatdırdı. Bir neçə gün əvvəl isə cənab prezidentin Çin Xalq Respublikasına dövlət səfərini xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, səfər çərçivəsində iki ölkə arasında 10 müqavilə, memorandum, saziş mzalandı. Bu da öz-özlüyündə dövlətimizin iqtisadi qüdrətinin yüksək olduğunu, hətta Azərbaycana Çin kimi super dövlətlərin böyük maraq göstərdiyini sübuta yetirdi. Məlumdur ki, Çin BMT Tıhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir, eyni zamanda dünyada söz sahibidir. Bu baxımdan Azərbaycanla Çinin əlaqələrinin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Ümumiyyətlə, 2015-ci il ərzində istər Çin, istərsə də digər dövlətlərə olan səfərlər,

Rusiya-Azəbaycan, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, nerji resursları ilə bağlı imzalanan müqavilələr, yeni layihələrin əsasının qoyulması bir daha onu göstərdi ki, Azərbaycanın xarici siyasəti 2015-ci ildə uğurla davam etdirilib. Baxmayaraq ki, dünyada müəyyən çətinliklər, böhran var, buna baxmayaraq Azərbaycan 2016-cı ildə də istər daxili, istərsə də xarici siyasət sahəsində yeni-yeni uğurlara imza atacaq”. Rufiz Qonaqov Türkiyə-Rusiya münasibətlərinə rəsmi Bakının olan mövqeyi barədə də danışıb. O, bildirib ki, Azərbaycan yaranmış situasiyada doğru yol tutub: “Azərbaycan həm Türkiyə, həm də Rusiyanın yaxın dostudur. Türkiyə Azərbaycana qardaş bir ölkədir. Eyni zamanda Rusiya da Azərbaycanın ən yaxın qonşusu olmaqla yanaşı strateji müttəfiqlərindən biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin arasında çox yaxın dostluq münasibətəri var. Sözsüz ki, bu dostluq münasibətəri dövlətlərarası məsələlərdə də mühüm əhəmiyyətə malikdir. Məhz bu baxımdan həm Rusiya, həm də Türkiyə ilə Azərbaycanın dost, yaxın, qardaş münasibətlərinə görə rəsmi Bakı burada hər hansı bir tərəfi müdafiə etmir. Əksinə barışdırıcı missiya yerinə yetirir. Azərbaycan qətiyyən istəməz ki, Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşsin. Əksinə Azərbaycan hər zaman Türkiyə Rusiya münasibətlərinin daha da istiləşməsini, yaxınlaşmasını istəyib. Təssüflər olsun ki, məlum səbəblərdən dolayı tərəflər arasında məyyən gərginlik hökm sürür. Amma düşünürəm ki, yaxın zamanlarda həm Türkiyə, həm də Rusiyanın mövqeyində yumşalma hiss olunacaq. Hesab edirəm ki, bu məsələ də Azərbaycanın da rolu ola bilər. Çünki Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşmasını istəyir. Məhz bu baxımdan Azərbaycanın həm qardaş Türkiyəyə, həm də Rusiyaya hansısa məsələdə köməklik göstərməsi başadüşüləndir. Hər iki ölkənin rəhbərliyi də bunu gözəl bilir ki, Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə dostluq, mehribanlıq, birgəyaşayışın tərəfində olan bir ölkədir”.

Mərkəz rəhbəri 2015-ci ilin BMAM üçün də uğurlu olduğunu söyləyib. Qeyd edib ki, rəhbərlik etdiyi qurum 2015-ci ildə qarşısına qoyduğu missiyanı yerinə yetirib: “Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi həm Birinci Avropa Oyunlarında favorit təşkilat, mərkəz kimi Birinci Avropa Oyunları Vətəndaş Cəmiyyəti Koalisiyasına, həm də Parlament 2015 seçki monitorinq koalisiyasına rəhbərlik edirdi. Bu müddət ərzində mərkəz bir sıra iri layihələr də həyata keçirib. Azərbaycan dövləti, hökuməti də bizim məkəzin ən yaxın tərəfdaşıdır. Bu baxımdan hesab edirəm ki, 2015-ci il Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi üçün də çox uğurlu il olub. Eyni zamanda mərkəz il ərzində öz fəaliyyətini daha genişləndirib və bütün media vasitələri ilə yaxından əməkdaşlıq qurub. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, mərkəzimiz 2015-ci ildə

qarşısına qoyduğu bütün planları, vəzifələri yerinə yetirib. Hesab edirəm ki, bu uğurlu fəaliyyət 2016-cı ildə də davam edəcək”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ali Məhkəmə bu ölümlərə yox deməlidir – Aqil Abbas

Next Post

Amerikalı həmsədr separatçıların “naziri” ilə görüşünə aydınlıq gətirdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Amerikalı həmsədr separatçıların "naziri" ilə görüşünə aydınlıq gətirdi

Azərbaycandan ABŞ-a nota - Səfir XİN-ə çağırıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.