"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanla Avropa İttifaqı arasında yeni müqavilə imzalanacaq

12 Sentyabr 2017 - 16:27
in SİYASƏT
    
Azərbaycanla Avropa İttifaqı arasında yeni müqavilə imzalanacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın etimadnaməsini qəbul edib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

AzVision.az xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskas fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Kestutis Yankauskas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas dedi: “Mən qarşılıqlı faydaya, ümumi dəyərlərə və bütün sahələrdə qarşılıqlı maraqlara əsaslanan Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində səylərimi əsirgəməyəcəyəm. Bu, təkcə enerji sahəsi deyil, eyni zamanda, nəqliyyat, iqtisadiyyatın şaxələndirilməsi, müasir dövlət və cəmiyyət qurulması kimi sahələri əhatə edir. Biz Azərbaycanın regionda sabit və etibarlı tərəfdaş kimi rolunu, tolerant, multikultural və dünyəvi cəmiyyət quran ölkə kimi əhəmiyyətini yüksək qiymətləndiririk. Cənab Prezident, mən əlaqələrimizin bundan sonra da möhkəmləndirilməsi işində Sizinlə qarşılıqlı etimada əsaslanan əməkdaşlığı səbirsizliklə gözləyirəm”.

Ölkəmiz və əməkdaşlığımızın perspektivləri ilə bağlı xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı qeyd etdi ki, biz Avropa İttifaqı ilə tərəfdaşlığımızın səviyyəsindən çox məmnunuq və Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Əlbəttə ki, əməkdaşlığımız yalnız ticarət və energetika sahələri ilə məhdudlaşmır, geniş sahələri əhatə edir. Brüsselə son səfərini uğurlu səfər kimi dəyərləndirən dövlətimizin başçısı qeyd etdi ki, səfərindən dərhal sonra Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sənədin üzərində fəal danışıqlar prosesi başlanıldı və bu danışıqlar hazırda uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın çox geniş gündəliyə malik olduğunu qeyd edərək siyasi əlaqələr, ölkəmizin demokratik inkişafı, energetika, nəqliyyat, təhlükəsizlik, humanitar, təhsil, mədəniyyət, multikulturalizm ilə bağlı məsələlər ətrafında səmərəli müzakirələrin aparıldığını vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur. Prezident İlham Əliyev bildirdi ki, biz bu əməkdaşlığa önəm veririk və Avropa İttifaqına üzv dövlətlərin üçdəbirindən çoxu ilə artıq strateji tərəfdaşlıq haqqında sənədlər, bəyannamələr imzalanıb və ya qəbul olunub. Bunun əməkdaşlıq üçün çox gözəl əsas olduğunu deyən Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında yeni müqavilənin yaxın zamanlarda imzalanacağına əminliyini bildirdi.

Dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyinin dəyişməz qalacağına ümidvar olduğunu ifadə etdi.

Prezident İlham Əliyevin ifadə etdiyi fikirlərə görə minnətdarlığını bildirən Avropaİttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas uzun illər təhlükəsizlik siyasəti ilə məşğul olduğunu vurğulayaraq, bu sahədə əldə etdiyi bilik və təcrübəsindən Azərbaycanın ərazi bütövlüyü kimi çox mühüm məsələnin həllində də istifadə edəcəyini dedi. Prezident İlham Əliyevin Brüsselə səfərinə və tərəfdaşlıq əlaqələrini özündə əks etdirən sənədə toxunan səfir bunun əhəmiyyətini vurğuladı və müqavilə ilə bağlı Brüsseldə fəal iş aparıldığını dedi.


Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda evdən meyit tapılıb

Next Post

Ramil Canıyevin yas mərasiminə hücum edildi — Çelyabinskdə kriminal aləm

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Ramil Canıyevin yas mərasiminə hücum edildi — Çelyabinskdə kriminal aləm

“Lapşin gedəcəyi yeri müəyyənləşdirməkdə tam sərbəstdir”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.