"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanla bağlı PROQNOZ: Qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər

31 May 2018 - 15:19
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycanda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meyilinin növbəti illərdə də davam etmə ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər.

Elchi.az  Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” adlı pilot layihənin yekun konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. “Hesab edirik ki, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məqsədilə qeyd olunan istiqamət üzrə ölkə üçün fəaliyyət planının hazırlanması, geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir”.

Şöbə müdiri deyib ki, son 12 il ərzində ölkə əhalisinin sayı 15 faiz artaraq 2018-ci il 1 mart tarixinə 9911 min nəfər, əhalinin təbii artım göstəricisi isə əhalinin hər 1000 nəfəri üçün 8,1 nəfər səviyyəsində təşkil edib: “Doğulanların sayı hər 1000 nəfər arasında 17,5 nəfərdən 14,7 nəfərədək azalıb, ölənlərin sayı isə 6,2-dən 6,6-dək artıb. Bununla yanaşı, demoqrafik təhlillər göstərir ki, ölkədə diri doğulanların cins strukturunda oğlan uşaqlarının artımı müşahidə olunur. Hazırda 100 doğulan qıza 114 oğlan düşür. Çində bu göstərici 115,9 təşkil edir”.

E.Süleymanov əlavə edib ki, doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir: “1989-cu ildə hər 1000 kişiyə 1051, 1999-cu ildə 1048, 2009-cu ildə 1021 qadın düşüb. Bu gün isə ölkədə hər 1000 kişiyə 1004 qadın düşür”.

ƏƏSMN rəsmisi qeyd edib ki, Azərbaycan Prezidentinin fərmanı ilə təsdiqlənmiş “Azərbaycan 2020:Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanaraq “Azərbaycanda Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı” layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Dövlət proqramının layihəsinə əsasən, proqramın 2030-cu ilədək əhatə edəcəyi dövr ərzində ana və uşaqların mühafizəsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Proqram layihəsində doğulanlar arasında cins nisbətinin aradan qaldırılması məsələsi də yer alıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Müəllim şagirdin valideynlərini məhkəməyə verdi

Next Post

Uşaqların tütün tüstüsünün təsirinə məruz qalma səviyyəsi 50 faizədək artıb

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Uşaqların tütün tüstüsünün təsirinə məruz qalma səviyyəsi 50 faizədək artıb

Milli Məclis sürücülük vəsiqəsi ilə bağlı dəyişikliyi qəbul edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.