Ötən il Azərbaycanla Böyük Britaniyanın arasında ticarət dövriyyəsinin həcmi 667,871 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 46,9% çoxdur.
Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilərə görə, hesabat dövründə ixracın həcmi 396,674 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 2,5 dəfə çoxdur. İdxal isə 271,197 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 8,7% azdır.
Nəticədə, 2021-ci ildə 125,476 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. Xatırladaq ki, 2020-ci ildə ticarət saldosu mənfi idi və 139,445 mln. dollara bərabər idi.






