Azərbaycan Şərq tərəfdaşlığı siyasəti çərçivəsində Avropa İttifaqının mühüm tərəfdaşıdır.
DELFI xəbər verir ki, bu barədə Latviyanın Xarici işlər naziri Edqars Rinkeviçs parlamentində çıxış edərkən bildirib.
“Şərq tərəfdaşlığı siyasətinin davam etdirilməsi anlamında Azərbaycan mühüm tərəfdaşdır. Bundan əlavə , Azərbaycan ilə yeni çərçivə sazişi barədə razılıq əldə edilməlidir”, – deyə, o, vurğulayıb.




