Hər iki tərəf üçün uyğun olan strateji tərəfdaşlıq sazişi imzalamağa çalışırıq.
Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib
Onun sözlərinə görə, bu sənəd əsasən qanunun aliliyi, ticarət, iqtisadiyyat, demokratiya və digər sahələri əhatə edir.
M. Mard vurğulayıb ki, qanunun aliliyi, ədliyyə, regionların inkişafı sahəsində Azərbaycana qrantlar formasında yardımlar ayrılacaq: “Bu qrantların həcmi 75-90 milyon avro təşkil edəcək. Bunlar Avropa Qonşuluq Siyasəti və “Şərq tərəfdaşlığı”nın tərkib hissəsidir”.




