"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanlı deputatın hədiyyəsi qalmaqala səbəb oldu

06 Mart 2016 - 10:39
in XƏBƏR LENTİ

Ukrayna Ali radasının spikerinin müavini Oksana Siroyid parlamentin deputatı, Vergi və gömrük siyasəti komitəsinin sədri, əslən azərbaycanlı olan Roman Nəsirovun ona aldığı hədiyyənin qiymətinin 3000 qrivnadan (185 AZN) baha olması ilə bağlı akt tərtib edib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bu barədə Okana Siroyid Facebook səhifəsində yazıb. Spiker müavini bildirib ki, Roman Nəsirovun aldığı hədiyyə qiyməti 3000-dən baha olan TM Chanel ətridir

`Sovet vərdişi olan vəzifəli şəxslərə bahalı hədiyyələrin verilməsi təəccübləndirməyə davam edir. Dünən Ali radanın vergi və gömrük siyasəti komitəsinin sədri tərəfindən təbrik açıqcası və hədiyyə mənə göndərilib.

Problem bunun müasir və etika çərçivəsində olmamasında deyil, üstəlik müharibə şəraitində. Ukraynanın korrupsiyaya qarşı mübarizə haqqında qanunu var. Bu qanun mənə dəyəri həddi aşan hədiyyələri qəbul etməyi qadağan edir.

Mən çox ümid edirəm ki, Ali radanın vergi və gömrük siyasəti komitəsinin sədri 8 mart münasibətilə qadınların onun adından hansı formada təbrik edilməsindən xəbərsizdir. Birinci növbədə, hədiyyələrlə bağlı sovet təcrübəsinin kökünü kəsmək lazımdır. çünki mənə məlum deyil ki, 3000 qrivnadan baha hədiyyənin verilməsi ideyası haradan yaranır?`, – Okana Siroyid yazıb.

Roman Nəsirov öz növbəsində spiker müavininin Facebook-da paylaşdığı statusun altında şərh yazaraq 8 mart hədiyyəsinə görə Siroyiddən üzr istəyib.

`Əzizim Oksana, sizi təbrikimlə məyus etdimsə, bağışlayın. Mən Ukraynada yaşayan kişilərin əksəriyyəti kimi həmişə təbrik etmişəm, edirəm və edəcəyəm. Deyəsən, qanun qadınlara xoş təəssürat bağışlamağı qadağan etmir`, – Nəsirov bildirdi.

Roman Nəsirov 2014-cü ildə Pyotr Poroşenkonun Bloku partiyasından VII çağırış Ukrayna Ali Radasının deputatı seçilib. Partiyanın seçki siyahısında 51-ci olub.

2014-cü il dekabrın 4-də Ali Radanın vergi və gömrük siyasəti komitəsinin sədri seçilib. (Ans)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nəqliyyat Nazirliyinin bəzi səlahiyyətləri Daxili İşlər Nazirliyinə verildi

Next Post

ABŞ Ukraynaya 250 milyon dollar dəyərində hərbi yardım ayırıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

ABŞ Ukraynaya 250 milyon dollar dəyərində hərbi yardım ayırıb

Çində 15 milyon nəşri ləğv edildi və 28 min sayt bağlandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.