
Erməni mətbuatı Azərbaycan nümayəndə heyətinin Avronestin Parlament Assambleyasının bazar ertəsi İrəvanda başlayacaq 4-cü sessiyasına Türkiyənin xahişi ilə qatılacağı haqda məlumat yayıb. Musavat.com xəbər verir ki, bu barədə “Aykakan Jamanak” qəzeti yazıb.
“Türkiyədə əmindirlər ki, əgər azərbaycanlılar İrəvan səfərindən imtina eləsələr, o zaman sessiya “soyqırımın” 100 illiyi ilə bağlı qətnamə qəbul edəcək. İndi azərbaycanlı deputatlar konkret məqsədlə gəlir: hər şeyi eləmək ki, Parlament Assambleyası “soyqırımla” bağlı heç bir sənəd qəbul eləməsin” – yazıb erməni nəşri.
Xatırladaq ki, az öncə Azərbaycan nümayəndə heyətinin Ermənistana getməkdən imtina etdiyi barədə xəbər yayılmışdı.



