"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanlı deputatlar Parisə gedir

10 Sentyabr 2022 - 14:38
in SİYASƏT

Milli Məclisin deputatları Avropa Şurası Parlament Assambleyasının sentyabrın 12-dən 19-dək keçiriləcək komitə iclaslarında iştirak edəcəklər.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, AŞPA-nın Siyasi işlər və demokratiya, Monitorinq və Bərabərlik və qeyri-diskriminasiya komitələrinin iclasları Fransanın Paris şəhərində, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası isə Yunanıstanın Afina şəhərində keçiriləcək.

AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin 12-13 sentyabr, Monitorinq komitəsinin 14-15 sentyabr tarixlərində keçiriləcək iclaslarında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Asim Mollazadə iştirak edəcəklər.

Siyasi işlər və demokratiya komitəsinin iclasında region ölkələrindəki mövcud vəziyyətin siyasi təsirləri, Avropa siyasi arxitekturasının təməl daşı kimi Avropa Şurasının rolunun möhkəmləndirilməsi və digər Avropa perspektivləri mövzularında məruzələrin dinlənilməsi, müzakirələrin aparılması, müvafiq qərarların qəbul edilməsi nəzərdə tutulub.

Monitorinq komitəsinin iclasında bir sıra üzv ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilməsi və qurumun monitorinq prosedurları ilə bağlı məsələlərə baxılacaq.

İclaslarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin Albaniya üzrə həmməruzəçisi Asim Mollazadə müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.

Parisdə sentyabrın 16-da keçiriləcək Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında isə deputat Könül Nurullayeva iştirak edəcək.

İclasda Avropada islamofobiya və müsəlmanlara yönəlik irqi ayrı-seçkiliyə qarşı mübarizənin gücləndirilməsi, idman sahəsində qadınlara qarşı diskriminasiyaya son qoyulması, rəqəmsal texnologiyalara bərabər əlçatanlılığın yaradılması, gender bərabərsizliyi hallarının qarşısının alınması kimi aktual mövzular və digər məsələlər müzakirə ediləcək, müvafiq qərarlar qəbul ediləcək. Deputatımız tədbirdə müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək.

AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin 18-19 sentyabr tarixində Afinada keçirilən iclasına isə Azərbaycan tərəfindən deputatlar Səməd Seyidov və Nigar Arpadarai qatılacaqlar.

İclasın gündəliyinə miqrasiya və sığınacaqların verilməsi kontekstində Avropa həmrəyliyi, miqrantların və qaçqınların inteqrasiyası kimi mövzular müzakirə ediləcək, bəzi təşkilati işlərə baxılacaq. Qeyd edək ki, iclasda deputat Nigar Arpadarainin “İdman vasitəsilə miqrantların, qaçqınların və məcburi köçkünlərin sosial həyata inteqrasiyası” mövzusunda məruzə ilə çıxış etməsi gözlənilir.

AŞPA-nın komitə iclaslarında həmçinin, əvvəlki iclasların protokolları təsdiqlənəcək, Avropa Şurasının 4-cü sammitinə və Demokratiya Uğrunda Dünya Forumuna və digər növbəti tədbirlərə hazırlıq işləri nəzərdən keçiriləcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“SpeysX” raketinin sınağı zamanı yanğın oldu – Video

Next Post

Prezident Binəqədidə yeni inşa olunan məktəbin açılışında

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Prezident Binəqədidə yeni inşa olunan məktəbin açılışında

Prezident Binəqədidə yeni inşa olunan məktəbin açılışında

Ölkəmizdə təlimə qatılan Türkiyə aviasiya vasitələri geri qayıtdı

Ölkəmizdə təlimə qatılan Türkiyə aviasiya vasitələri geri qayıtdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.