Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlər bu gün daha 5 oyun idarə edəcəklər. Apasport.az
saytının məlumatına görə, bu qarşılaşmalardan ikisi Azərbaycan komandasının oyunu olacaq.
Antalyada hazırlıq keçən U-17 yığmamız bu gün iki yoxlama görüşündə qüvvəsini sınayacaq. Maraqlıdı ki, hər iki görüş azərbaycanlı referilərə tapşırılıb.
“Tirespor” (Türkiyə) – “Kahramanmaraşspor” (Türkiyə)
Hakimlər: Qorxmaz Eldarov, Rza Məmmədov, Coşqun Həsənov
“Eyubspor” (Türkiyə) – “Beylerbeyi” (Türkiyə)
Hakimlər: Etibar Həsənov, Namiq Hüseynov, Vüsal Qənbərov
“Darıca” (Türkiyə) – “Sandıklı” (Türkiyə)
Hakimlər: Rəşad Əhmədov, Rəvan Həmzəzadə, Vüqar Bayramov
“Fənərbaxça” (U-17) – Azərbaycan (U-17)
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, İsgəndər Əliyev
“RNK Split U-17” (Xorvatiya) – Azərbaycan (U-17)
Hakimlər: Ömər Paşayev, Kamran Bayramov, Cavanşir Yusifov



