"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanlı iş adamına qarşı sui-qəsd planı: mühafizəçisi öldü, oğlu və özü ağır yaralandı

07 Yanvar 2019 - 18:08
in aktual-banner, Banner, BannerVeteninfo, SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

Rusiyada azərbaycanlı iş adamına qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Elchi.az musavat.com-a istinadən xəbər verir ki, o, hadisədən sonra Azərbaycana qayıdıb və burada həbs edilib. Sui-qəsdin digər iştirakçısı isə Rusiyada həbs edilib.

“Ümumrusiya Azərbaycan Konqresinin” Ulyanovski regional bölməsinin sədri Hüseynov İslam Rövşən oğlunun mühafizəçisini öldürməkdə, özünü isə öldürməyə cəhddə ittiham edilən 1977-ci il təvəllüdlü Salyan şəhər sakini Bağırov Ramin Ramiz oğlunun məhkəməsi keçirilib.
Ramiz Bağırov Cinayət Məcəlləsinin 120.2.6-ci (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə), 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 228.2.1-ci (odlu silah gəzdirmə) maddələri ilə ittiham edilib.

İttihama görə, Ramin Bağırov qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə edərək başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə digər şəxsi qəsdən öldürüb. Həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında iki şəxsi başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədi ilə qəsdən həyatdan məhrum etməyə cəhd edib.
Belə ki, Ramin Bağırov qohumu Nahid Zahidovla birlikdə plan quraraq “Ümumrusiya Azərbaycan Konqresinin” Ulyanovski regional bölməsinin sədri İslam Hüseynovu öldürmək istəyiblər.
Bu sui-qəsd planı Nahid Zahidov tərəfindən təklif olunub. İslam Hüseynov Nahid Zahidovun iş və ticarət əlaqələri ilə bağlı təklifini qəbul etmədiyi üçün aralarında mübahisə yaranıb.
İslam Hüseynovdan kobud cavab alan Nahid Zahidov şəxsi düşmənçilik zəminində onu öldürmək qərarına gəlib.
Nahid Zahidov İslam Hüsynovun mühafizəçilərlə gəzdiyinə görə, bunu təkbaşına edə bilməyəcəyini düşündüyündən Ramin Bağırovla bu işi görməyi planlaşdırıb.
İstintaqla müəyyən edilib ki, Ramin Bağırovun və Nahid Zahidvoun birgə planına əsasən onlar ilk olaraq Moskva şəhərində “VAZ 21065” markalı “E931OP199” dövlət qeydiyyat nişanlı avtomobil əldə ediblər.

Həmin avtomobillə Rusiyanın Ulyanovsk vilayətinə gəliblər. İslam Hüseynovu öldürmək üçün uyğun yeri, şəraiti müəyyən etməkdən ötrü bir neçə gün onu izləyiblər.
Onlar qanunsuz olaraq “İJ-78-7,6” və “6P42” modelli qaz tapançalarından kustar üsulla hazırlanmış iki ədəd odlu silah hesab edilən tapança, patronlar, səs boğucuları əldə edib maşında gizlədiblər.

Planın davamı olaraq “Ümumrusiya Azərbaycan Konqresinin” Ulyanovsk regional bölməsinin binasına gələrək katibədən İslam Hüseynovun işə gəlmə vaxtını öyrəniblər.
İstintaq müəyyən edib ki, hər iki şəxs 11 sentyabr 2012-ci il tarixdə saat 12:20 radələrində İslam Hüseynovu izləyib, mühafizəçisi İqor Beznosyuk ilə işə gəldiyini görüblər.
Ofisə gələrək əvvəlcə İqor Beznosyukla danışıb və İslam Hüseynovla görüşmək istədiklərini, maddi yardım almaq üçün gəldiklərini deyiblər. Mühafizəçi onları İslam Hüseynovun otağına dəvət edib.
Onlar otağa daxil olarkən əvvəlcə mühafizəçiyə 7 dəfə atəş açıblar. İqor Beznosyuk döş qəfəsindən, boyun, çiyin və sifət nahiyələrindən aldığı güllə yaraları ilə yerindəcə keçinib.

Daha sonra Nahid Zahidovla İslam Hüseynov əlbəyaxa olublar.
İstintaq müəyyən edib ki, bu zaman Ramin Bağırov İslam Hüseynovun baş nahiyyəsindən silahla vurmaq istəyib. Lakin silahda patron qurtardığından atəş aça bilməyib. Bu zaman silahla onun baş nahiyyəsinə zərbələr endirib.
İslam Hüseynovun dəhlizdə olan oğlu Rövşən Hüseynov və onun dostu Amil Hüseynov silah səsləri eşidərək otağa qaçıblar.
Rövşən Hüseynov və Amil Hüseynov hücum edən şəxslərin silahlarını əllərindən almağı bacarıblar. Ramin Bağırov cibində olan bıçağı çıxararaq Rövşən Hüseynova hücum edib.

Bıçaqla Rövşən Hüseynovu vurmaq istəyərkən Amil Hüseynov stulla onun baş nahiyəsindən vurub. Bundan sonra Nahid Zahidov və Ramin Bağırov Hadisə yerindən qaçıblar.

Ramin Bağırov elan olunmuş ittihamla özünü təqsirli iblməyib. Deyib ki, qohumu Nahid Zahidovla İslam Hüseynovun yanına gedib. Həmin vaxt İslam Hüseynov və adamları Nahid Zahidova hücum edib. Ramin Bağırov özünü müdafiə edərək oradan qaçdığını və Azərbaycana qayıtdığını deyib.
Bildirək ki, Nahid Zahidov hadisədən bir müddət sonra Moskvada həbs edilib. Ramin Bağırov isə Azərbayacan qayıtdıqdan bir neçə il sonra saxlanılıb.
Ramin Bağırov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib 13 il müddətinə azadlıqdan məhrum edilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 9-a çatıb

Next Post

Azərbaycanda 200-dən çox yaşayış məntəqəsi 8-9 ballıq zəlzələ riski olan ərazidə yerləşir

Bənzər yazılar

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

26 Aprel 2024 - 19:23

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələri komandanı Aleksandr Yakovetsi vəzifəsindən azad edib. Elchi.az  xəbər verir ki, bu...

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

09 Aprel 2024 - 14:05

Avropa İttifaqının  yaxın gələcəkdə ümumi ordusu olmayacaq. Elchi.az  RİA Novostiyə istinadən xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Xosep Borrell onun...

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

08 Aprel 2024 - 10:06

Xankəndi şəhərində 12 silah, 18 qumbara aşkarlanıb. Elchi.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib...

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

08 Aprel 2024 - 09:26

Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Devid Kemeron və Stefan Sejournet Ukrayna Silahlı Qüvvələrinin  Rusiya Federasiyası ilə münaqişədə məğlubiyyətinin...

Next Post
Azərbaycanda 200-dən çox yaşayış məntəqəsi 8-9 ballıq zəlzələ riski olan ərazidə yerləşir

Azərbaycanda 200-dən çox yaşayış məntəqəsi 8-9 ballıq zəlzələ riski olan ərazidə yerləşir

“Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir” – DSX məlumat yaydı (FOTOLAR)

"Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir" – DSX məlumat yaydı (FOTOLAR)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.