"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanlı “krallar”ın müharibəsi: yeni epizodlar

02 May 2016 - 17:46
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycanlı “krallar”ın müharibəsi: yeni epizodlar
Xəbər verildiyi kimi ötən həftə Rusiya İstintaq Komitəsi əslən Azərbaycanın Quba rayonundakı məşhur Qırmızı qəsəbədən olan biznesmen, Moskvanın daşınmaz əmlak krallarından biri olan Solomon Manaşirovun evində və ofisində axtarışların aparıldığını açıqlayıb. Axtarışlar Manaşirova qarşı qaldırılmış cinayət işi çərçivəsində aparılıb. Biznesmen iri məbləğdə vergidən yayınmaqda ittiham olunur. Lakin onu həbs etmək mümkün olmayıb. Məlumatlara görə Solomon Manaşirov hazırda Rusiyada deyil, İsraildədir.
Solomon Manaşirovun qardaşı Roman Manaşirov ötən ilin payızında istintaqa rüşvət verdiyinə görə həbs edilib. O, vyetnamlıları qul kimi işlətməkdə ittiham edilərək həbs olunan Januko Rafalovu həbsdən çıxarmaq üçün rüşvət vermişdi. Januko Rafailov da Qırmızı qəsəbədəndir, Telman İsmaylovun keçmiş ortağıdır, habelə Manaşirovla yaxın münasibətlərə malikdir.
Rusiya KİV-ləri xəbər verir ki, Solomon Manaşirova qarşı irəli sürülən ittihamda 500 milyon rubl vergidən yayınmadan bəhs olunur. Bundan əvvəl 100 milyon rubldan söhbət gedirdi. Roman və Solomonun adı geniş publikaya o qədər də məlum deyil. Onlar elit ziyafətlərdə gözə dəyməyib, mətbuat səhifələrində görünməyiblər. Bununla belə məlumdur ki, Manaşirov qardaşları Moskvanın “Praqa” metro stansiyası yaxınlığındakı “Columbus” ticarət mərkəzinin sahibidir. Bu ticarət mərkəzi ötən il istifadəyə verilib. Manaşirovların cəmi 20-dən çox kommersiya təyinatlı daşınmaz əmlakı var. Məlumdur ki, Solomon Moskvadakı dağ yəhudiləri icmasının nüfuzlu liderlərindən biridir. “Forbes” jurnalının rus versiyası Manaşirov qardaşlarını daşınmaz əmlak kralları siyahısında 24-cü yerdə qərarlaşdırıb.
Lakin belə məlumatlar var ki, əslində Manaşirov qardaşlarının sıradan çıxarılmasının səbəbi onların bizneslərini əllərindən almaq məqsədi güdür. Rusiya biznes mediasının yazdığına görə “Columbus” ticarət mərkəzinin satışa çıxarıldığı haqda xəbərlər var. Solomon Manaşirovun həbsi də məhz ticarət mərkəzinin satışı ilə bağlı xəbərlər fonunda baş verir.  Ekspertlərə görə, bu iki məsələnin arasında əlaqə var. Görünür kimlərsə Manaşirov qardaşlarının əmlakını ucuz qiymətə ələ keçirmək istəyir.
KİV-lər yazırlar ki, sahibləri “Columbus” ticrət mərkəzinə 500 milyon dollar qiymət qoyublar. Obyektin bazar dəyəri isə təxminən 400 milyon dollardır. Obyekti almağa “Morgan Stanley” bankı maraq göstərir. Lakin “Kommersant” xəbər verir ki, “Columbus”u almaq istəyən başqaları da var. Bunlar Qırmızı qəsəbədən olan digər yəhudi oliqarxlar-Qod Nisanov və Zarah İliyev, habelə onların ayrılmaz ortaqları, prezident Putinin tələbəlik dostu İlham Rəhimovdur.
Nisanov, İliyev və Rəhimov da Moskvanın daşınmaz əmlak kralları siyahısındadır, onların çoxsaylı obyektləri var. Bura ticarət mərkəzləri, otel, bazarlar və digərləri daxildir.
İstisna edilmir ki, bu “üçlük” Kremldəki güclü əlaqələri sayəsində Manaşirov qardaşlarının obyektlərini ucuz qiymətə ələ keçirməyə çalışır.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Ermənistanın xahişi ilə atəşkəsə razılıq verdik` – İlham Əliyev

Next Post

“Azercell” şəbəkə probleminin səbəbini açıqladı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Azercell” şəbəkə probleminin səbəbini açıqladı

Rövnəq Abdullayevin oğlu polisə hücum etdi -FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.