
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.
Bu barədə Nəsimi Paşayev Facebook səhifəsində yazıb.
“Sevgili dostlarım! Bir müddət facebook, messencer, votsap, ümumiyyətlə telefondan uzaq olmalıyam. Rəsmi olaraq 1-24 may tarixləri arasında məzuniyyət götürmüşdüm. İslam oyunlarına görə məcbur işlə əlaqəni kəsməməliydim. Ancaq səhhətimdə yaranan narahatlıq planlarımı pozdu. Uzeyir doktor anjuya damarlarıma səyahət elədi. Bir neçə yaramaz damara gününü göstərdi…”, – deyə N.Paşayev bildirdi.
Onun sözlərinə görə, bir həftə sonra geri qayıdacaq.
Elchi.az



