“Miss Azerbaijan 2010” yarışmasının iştirakçısı model Xızıda fotosessiya edib
“Miss Azerbaijan 2010” yarışmasının iştirakçısı Gülnarə Əlimuradovanın yeni şəkilləri yayılıb.
Bu şəkilləri Gülnarə Xızı rayonunda çəkdirib.
24 yaşlı Gülnarənin əsas hobbisi musiqi ilə məşğul olmaqdır. 5 yaşından skripkada çalan model Bülbül adına məktəbi qurtardıqdan sonra Ü.Hacıbəyov adına konservatoriyanı bitirib.
“Skripka karyeramı atmaq fikrim yoxdur, amma model kimi də həmişəlik işləmək istəmirəm. Model işinə gəlmişəm. Gələn kimi məni reklam agentliyinə, reklamlara, promo aksiyalara çağırırdılar. Özümü gözəl hesab etmirəm, heç vaxt da etməmişəm”, – deyə Gülnarə müsahibələrindən birində deyib.(ANS)







