"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanlı neft maqnatı Sibirdə Kremlin “boz kardinalı”na qalib gəlir

02 Mart 2015 - 16:46
in İQTİSADİYYAT

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Azərbaycanlı neft maqnatı Sibirdə Kremlin “boz kardinalı”na qalib gəlirRusiya prezidenti Vladimir Putin ötən həftə sonu Natalya Komarovanı Xantı-Mansiysk muxtar vilayətinin qubernatoru vəzifəsinə yenidən təyin edib.

Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Komarovanın vəzifədə qalmasında azərbaycanlı neft maqnatı, “LUKoil” prezidenti Vahid Ələkbərovla onun arasında korrupsiya əlaqələrinin rolunun olduğu barədə məlumatlar yayılıb.

Belə ki, N.Komarovanın qubernator vəzifəsindən uzaqlaşdırılacağı gözlənilirdi. Çünki onun iş effektivliyi sual altındadır, regionda siyasi nüfuzu azalıb və reytinqini itirib. Buna baxmayaraq Komarova vəzifəsində qala bilib.

Xantı-Mansiyskin müxalif çevrələrində əmindirlər ki, Natalya Komarovanın səlahiyyətlərinin uzadılması məhz “LUKoil” prezidentinin sayəsində mümkün olub.

Vahid Ələkbərov və Natalya Komarova

Məlumatlara görə, Vahid Ələkbərovun çoxdankı rəqibi, Kremlin “boz kardinalı” hesab olunan “Rosneft” prezidenti İqor Seçin regiona öz adamını qubernator təyin etdirmək istəyib. Ötən həftə sonu Komarova gözlənilmədən Moskvaya uçub və “Rosneft” rəhbəri ilə görüşüb. Bu görüşdə Xantı-Mansiyskdə yaxınlaşan seçkilər müzakirə olunub.

Bildirilir ki, Seçin Komarovaya lazımi dəstək verməyib və məlumatlara görə, qubernator vəzifəsinə Eduard Xudaynatovun namizədliyinin xeyrinə lobbiçilik edib. Xudaynatov “Rosneft”in keçmiş prezidentidir.

Məlumatlara görə, Seçinlə Komarova arasında münaqişə regiondakı Qavrikovsk neft yatağı üstündə yaranıb.

İqor Seçin və Eduard Xudoynatov

Digər məlumata görə, Komarovanı təkcə Seçin yıxmaq istəmirdi, “Qazprom”un da onun yerinə öz namizədi var idi. “Qazprom” öz törəmə şirkətlərindən birinin direktoru Pavel Zavalnının qubernator təyin edilməsinə çalışıb və Kremldə onun xeyrinə lobbiçilik edib. Lakin bu mübarizədə Vahid Ələkbərovun dəstəklədiyi Komarova qalib gəlib.

Ekspertlərin qənaətinə görə, bu, Ələkbərovun Kremldə və şəxsən Putinin yanında artan nüfuzu ilə bağlıdır.

Xantı-Mansiyskdə hesab edirlər ki, V.Ələkbərovun N.Komarovanı himayə etməsinin arxasında korrupsiya maraqları dayana bilər. Çünki Komarova “LUKoil”un maraqlarını fəal şəkildə dəstəkləyir, ötən həftə sonu Putinlə görüşündə də “LUKoil”un işini tərifləyib. Üstəlik bu yaxınlarda “LUKoil” şirkətini vergidən yayınmaq üçün inzibati rıçaqlardan istifadədə ittiham ediblər. Çünki Xantı-Mansiysk vilayətinin deputatları neft sənayesində vergi rejiminin yumşaldılması üçün Dövlət Dumasına qanun layihəsi veriblər.

Ötən ilin yayında isə Federal Antiinhisar Xidmətinin region üzrə idarəsi “LUKoil”un antiinhisar qanunvericiliyini pozması ittihamı ilə araşdırma başlatmışdı. Xantı-Mansiyskin müxalifət çevrləri iddia edir ki, Vahid Ələkbərov nəinki Komarovanın qubernator vəzifəsində qalmasına lobbiçilik edib, hətta hakim Vahid Rusiya Partiyasının fonduna sanballı məbləğ ödəyərək onun postunu satın ala da bilərdi.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakının daha bir iri marketində süni qiymət artımı faktı aşkarlandı

Next Post

Yeganə Hacıyeva Milli Şuradan istefa verib

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Yeganə Hacıyeva Milli Şuradan istefa verib

Nazirlik alıcıları qiymətdə aldadanları cəzalandırır

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.