Azərbaycan vətəndaşı bu gün “Novosibirsk-Bakı” marşrutu üzrə uçan təyyarəni partlatmaq istəyib.
Bu barədə “Qlobal Omsk” agentliyi Rusiya Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Hüquq mühafizə orqanları onlara gələn bomba xəbərdarlığına əsasən təyyarədə yoxlama aparıblar. Təyyarənin uçuşu iki saat gecikib.
Polis şübhəli Azərbaycan vətəndaşının yükünü və əl çantasını yoxlayıb. Daha sonra hüquq-mühafizə orqanları azərbaycanlı qadının bacısı ilə telefon danışığını əldə edib. O, telefonda bacısına şəxsi münaqişə zəminində təyyarəni partlada biləcəyini deyib.
Polis 21 yaşlı azərbaycanlı qadını həbs edib və onun barəsində istintaq aparılır. Azərbaycan vətəndaşının adı hələlik ictimaiyyətə açıqlanmayıb.



