"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanlı tələbələrə qarşı erməni təxribatı – Yataqxanadan qovuldular

04 İyun 2016 - 13:02
in XƏBƏR LENTİ

Aprel döyüşləri, cəbhədə yaranmış gərginlik və ermənilərin məğlub durumundan sonra başqa ölkələrdə yaşayan ermənilərin azərbaycanlılara qarşı təxribatları intensivləşib. Onlar hər fürsətdə azərbaycanlılara qarşı hücuma keçir, düşmənçiliklərini açıq şəkildə nümayiş etdirirlər. Belə bir insident Rusiyanın Maykop şəhərində də yaşanıb.

AzNews.az-a daxil olan məlumata görə, Maykop Dövlət Texnologiya Universitetində təhsil alan azərbaycanlı 4 tələbə – Babanov Rüfət, Elmin Məmmədli, Alıyev Telman və Qorqud Ədliyev yataqxanadan qovulub. Tələbələrin qaldıqları yerdən çıxarılmasına səbəb isə yataqxanada çalışan nəzarətçi olub. Belə ki, əri erməni olan Romanova Nataliya Platonovna adlı qadın aprel döyüşlərindən sonra yataqxanada qalan azərbaycanlılara qarşı hücuma keçib. Xanım nəzarətçi tələbələri şərləyərək yataqxanadan çıxarılmasına nail olub.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Sözügedən tələbələr faktı AzNews.az-a təsdiqləyiblər. Bildiriblər ki, həmin nəzarətçi azərbaycanlıları bezdirərək oradan özxoşlarına çıxaması üçün hər yola əl atıb: “Burada tərbiyəçi deyilən qadın var. Gəldiyimiz gündən bizə qarşı pis rəftar edirdi. Həmin qadının əri ermənidir. Aprel döyüşlərindən sonra bizə qarşı rəftarı daha da pisləşdi. İstədiyi vaxt otağımıza gəlib qışqırır, bizə psixoloji təsir göstərməyə çalışırdı. Bu ərəfədə yataqxananın mühafizəçisi dəyişdi, erməni əsilli biri oldu. Bizi görməyə gözü yox idi. Bunlar ikisi birləşib bizi – azərbaycanlı tələbələri sıxışdırmağa başladı”.

Soydaşlarımız bildirir ki, nəzarətçi onları bezdirərək yataqxanadan çıxarmaq üçün hətta universitet rəhbərliyinə şikayət də yazıb: “15 gün əvvəl bizdən şikayət yazıblar ki, guya otağı çirkli saxlayırıq. Əslində isə otağımız normal təmizlikdədir. Bizi çağırdılar, getdik, yazılanların doğru olmadığını dedik. Lakin cavabımız belə oldu: artıq sizdən şikayət var və biz yazılana inanırıq. Sabahı gün isə erməni nəzarətçi başqa bir şikayətlə rəhbərliyə gedib. Bildirib ki, guya biz gecə səsgücləndiricilərlə mahnı qoşub oynamışıq. Halbuki bizim otaqda heç maqnitofon da yoxdur. Biz də bütün bunlara dözməyib, otağımızın qapısına yazdıq ki, nəzarətçi bir də bura girməsin. Bizim bu hərəkətimizdən həmin qadın lap əsəbiləşdi. Bir dənə də şikayət yazdı ki, guya gecə 4-də koridorda gəzib “mühafizəçi, mühafizəçi” deyə qışqırmışıq”.

Universitet rəhbərliyi haqlarında ard-arda 3 dəfə şikayət olunan azərbaycanlı tələbələrin yataqxanadan çıxarılmasıyla bağlı qərar verib: “Nə qədər dedik ki, gedək otağımıza baxın, orada təhlükəsizlik kameraları var, görüntülərə baxın, bizə məhəl qoymadılar. Yataqxanadan qovulmağımız haqda qərar çıxarıldığını dedilər və kağıza imza atmağımızı tələb etdilər. Lakin biz imza atsaydıq, həmin gün yataqxananı tərk etməli idik. Ona görə imza atmadan otağımıza qayıtdıq. Çünki gedib qalacaq yerimiz yox idi. Həmin gecəni orada qaldıq. Səhər isə bir nəfər gəldi və axşam 9-a kimi yataqxananı tərk etməli olduğumuzu, əks halda polis çağıracaqlarını, bizi eyvandan atacaqlarını dedi”.

Erməni mühafizəçiylə əri erməni olan nəzarətçinin birləşərək sıxışdırdıqları həmyerlilərimiz universitetdən qovulma təhlükəsi səbəbiylə yataqxanadan çıxıb: “Haqqımızda bir şikayət də olsaydı universitetdən qovulacaqdıq. Orada azərbaycanlı tanışımız var idi, getdik onun evində qaldıq. Lakin nə qədər burada qala bilərik ki? Tələbə üçün kirayə ev tutub qalmaq maddi cəhətdən çətinlik yaradır. Nə edəcəyimizi bilmirik”.

AzNews.az məsələ ilə bağlı Azərbaycanın Rusiyanın Maykop şəhərindəki diaspora nümayəndələriylə əlaqə saxlayıb. Onlar bildiriblər ki, bu ermənilərin Maykopda təhsil alan azərbaycanlı tələbələrə qarşı ilk hücumu deyil:“Ümumiyyətlə ermənilər burada təhsil alan həmyerlilərimizə qarşı çox aqressivdirlər. İstər təhsil müəssisələrində, istərsə də digər yerlərdə imkan deşən kimi soydaşlarımıza qarşı təxribatlar törədirlər”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Boks dünyasının əfsanəsi – Kley necə Məhəmməd Əli oldu? (FOTOLAR+VİDEO)

Next Post

Etibar Məmmədov iyunun 17-də (1993) baş nazir təyin edilmək üzrəymiş – Ülvi Həkimov o müdhiş gecədən danışdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Etibar Məmmədov iyunun 17-də (1993) baş nazir təyin edilmək üzrəymiş - Ülvi Həkimov o müdhiş gecədən danışdı

Almaniya niyə belə etdi?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.