
Krım tatarlarının lideri Mustafa Cəmilov Ukraynada xarici ölkə vətəndaşlarının hərbi əməliyyatlara cəlb olunması ilə bağlı qanunu dəstəkləyib. Modern.az xəbər verir ki, Ukraynanın “112 Ukrayna” telekanalına müsahibəsi zamanı Cəmilov bir çox xalqların, o cümlədən azərbaycanlıların Ukrayna tərəfində vuruşmağa hazır olduğunu deyib:
“Xarici ölkə vətəndaşlarının işğalçılara qarşı vuruşmasına imkan verən qanun layihəsinin müzakirəsi çox önəmlidir. Məsələn, mənə çeçenlər, normal çeçenlər müraciət ediblər. Özlərini “kadırovçu” adlandıran çeçenlər əslində çeen xaqlının tullantılarıdır. Ona görə əsl çeçenlər deyirlər: “Biz də Ukrayna tərəfində vuruşmaq istəyrik”.
Mustafa Cəmilov bu əsnada özbək və azərbaycanlıların da adını çəkib: “Mən təxminən 500 nəfərdən ibarət özbək mühaciri tanıyıram ki, buraya gəlib vuruşmaq istəyir. Azərbaycanlılar da var. Diktator rejimlərə qarşı vuruşan çoxlu muxalif insanlar var və onlar Ukrayna uğrunda vuruşmağa hazırdılar”.
Krım tatarlarının lideri olan Mustafa Cəmilov Rusiyanın yarımadanı ilhaq etməsindən sonra Krıma buraxılmır. O, Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti yürütdüyünü bildirən əsas şəxslərdən biridir.



