
Türkiyə-Suriya sərhədində azərbaycanlılarla birlikdə yaxalanan Rusiya vətəndaşlarının adları açıqlanıb. ANS PRESS-in məlumatına görə, rusiyalı yeniyetmə Varvara Karaulova ilə birlikdə olan rusların adlarını “LifeNews” öyrənə bilib.
Məlumata görə, qrupda 4 azərbaycanlı olub. Onların cinsi, yaşları və adları açıqlanmır. Bundan başqa Rusiyalılardan ibarət qrupda Varvaradan əlavə 4 qadın, 3 kişi və 6 uşaq olub.
Varvara ilə Suriyaya 24 yaşlı Dağıstan sakini Aişə Məmmədova ilə yollanıb. Aişə özü ilə bir yaşlı Xədicə, 4 yaşlı Zeynəb və 7 yaşlı Muradı da götürüb. Ailə başçısı isəs İŞİD-ın sıralarında – Suriyadadır.
Azərbaycanalılarla birlikdə saxlanılar rusların adları belədir:
Müslüm Akmayev – 1983-cü il
Daurokus Şaripov – 1995-ci il
Maqomed Qarasultayev – 1992-ci il
Nafisə Xocayeva – 1982-ci il
Ömər U. – 2010-cu il
Alsu Əhmədcina – 1983-cü il
Mansur – 2012-ci il
Varvara Karaulova – 1995 ci il
Regina Vəlimətova – 1991-ci il
Daud – 2010-cu il
Aişa Məmmədova – 1991-ci il
Xədicə – 2014-cü il
Murad – 2007-ci il
Zeynəb – 2010-cu il
Məlumata görə, saxlanılanlar Batmanda miqrant düşərgəsində saxlanılırlar. Saxlanılan rusiyalılarla birgə Azərbaycan vətəndaşlarının da taleyi diplomatik səviyyədə həll edilir.



