"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azəriqaz”: Əhaliyə verilən təbii qazın təzyiqi 1-2 günə normal səviyyəyə çatacaq

18 Noyabr 2014 - 13:53
in GÜNDƏM
“Qış mövsümünə keçidlə bağlı qazanxanaların istilik həcmi həddindən çox artıb. Bununla əlaqədar bizim “Azəriqaz” olaraq problemimiz yoxdur. Sadəcə olaraq, bəzi yerlərdə qazın çatışmazlığı hiss olunur. İşçilərimiz qaz kəmərlərinin üzərində yerləşən qaz tənzimləyicilərini tənzimləməklə məşğuldurlar ki, hər küçəyə, hər məhəlləyə eyni miqdarda qaz getsin”.Azeriqaz_bina_270712-1

 

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Bunu “APA-Economics”ə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.

 

İ. Kərbəlayev qeyd edib ki, əhaliyə verilən qazın təzyiqindəki balans pozğunluğu “birdən-birə “Azəristiliktəchizat” ASC tərəfindən yüksək miqdarda qazın qəbulu” ilə əlaqədardır.

 

“Hətta bəzi abonentlər bizə müraciət edərək deyir ki, “heç yayda belə qaz təzyiqi olmurdu. İndi bizdə qaz həddindən artıq güclü verilir”. Bu tənzimləmə vasitəsi ilə tənzimləyirlər ki, son 2-3 gün ərzində bütün məhəllələrə və küçələrə eyni miqdarda qazın paylanılması tərəfimizdən təmin olunsun. Əhaliyə verilən qazın təzyiqinin aşağı olması ilə əlaqədar “Azəriqaz”ın əməkdaşları müvafiq yerlərə təhkim olunub və problemin aradan qaldırılması ilə məşğuldur”, – deyə o qeyd edib.

 

“Azəriqaz” rəsmisi qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hazırda 20 mln. kubmetrdən artıq əhaliyə qaz verilir.

 

İ. Kərbəlayev bildirib ki, tənzimləmə işləri bu günlərdə başa çatacaq və əhaliyə verilən qazın təzyiqi normal səviyyəyə çatdırılacaq. “Noyabrın 15-dən qazın həcmi artmışdı, kəmərlərdə boşalma hiss olunurdu. İki gündür ki, tənzimləmə işləri aparılır. Bu gün, uzağı sabah tənzimləmə işləri yekunlaşacaq”, – deyə İ. Kərbəlayev qeyd edib.

 

“Əhali tərəfindən bizə daxil olan məlumatlarda bildirilir ki, əhali üçün nəzərdə tutulan qazın müəyyən bir hissəsi istixanalara verilir. Bu hal daha çox Bakı kəndlərində müşahidə olunur. Buna rəsmi münasibətiniz necədir?” Bu suala cavab verən İ. Kərbəlayev qeyd edib ki, deyilənlər həqiqəti əks etdirmir. “Yox, qətiyyən. Burada söhbət əhalinin qazının istixanalara verilməsindən getmir. Bu soyuq günlərdə əhalinin qaz tələbatı daha da artığından, qaz kəmərlərinin üzərində tənzimləyici şkaflar quraşdırılıb. Bu ona görə edilib ki, verilən qaz tənzimlənsin. Tənzimləmə işləri aparılır. Bir-iki gün lazımdır ki, biz o tənzimləmə işlərini aparaq və buda 2 günə yekunlaşacaq”.

 

İstixanalara və əhaliyə verilən qazın təzyiqindəki fərqinə gəlincə İ. Kərbəlayev qeyd edib ki, onların arasında heç bir fərq yoxdur. “Hansı istixana bütün sənədləri hazırlayıb “Azəriqaz” İstehsalat Birliyinə müraciət edibsə, onlara qaz verilir. Biz sənədi olmayan hər hansı bir istixanaya qaz vermirik. Bütün sənədlər ciddi şəkildə yoxlanılır. Hətta qazanxanaya nəzarət edəcək şəxsin də növbətçilik sistemi yaradılır, o şəxslərin də sənədləri bizə daxil olduqdan sonra, təbii qazın verilişi tərəfimizdən təmin olunur”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Botanika İnstitutunda seminar başa çatıb

Next Post

Türkiyə prezidentini dinləməkdə şübhəli bilinən 13 şəxs siyasi casusluqda ittiham olunur

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Türkiyə prezidentini dinləməkdə şübhəli bilinən 13 şəxs siyasi casusluqda ittiham olunur

Yəməndə “Müsəlman Qardaşları”nın liderlərindən biri qətlə yetirilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.