"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azəriqaz” QAZA HAVANI BELƏ VURUR – Video

20 İyun 2017 - 09:01
in aktual-banner, Banner, Cebhe-banner

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

 

Hacıqabulun Rəncbər kəndinə verilən mavi yanacağın tərkibinə hava vururlar. Kənd camaatı iki aydır ki, “havalı qaz”la təchiz olunur.
Kənd sakinləri BakuPost.az-a bildirib ki, Hacıqabul Qaz İstismar idarəsinin əməkdaşları kənd camaatı ilə söhbətdə qaz xətlərinə hava vurulduğunu etiraf ediblər.
Əslində, “Azəriqaz” İstehsalat Birliyinin evlərə gedən qaz xətlərinə hava vurması yeni xəbər deyil. Dəfələrlə bu problem barədə yazmışıq və təkcə Hacıqabul deyil, paytaxt sakinləri də verilən qaza hava vurulmasından tez-tez şikayət edirlər.
Hətta bu faktı əks etdirən videolar da var. “Azəriqaz” İB isə deyilənlərlə razılaşmır və bildirir ki, sadəcə, hava xətləri yoxlanır. Belə çıxır ki, hər gün abonentlərin qaz xətləri yoxlanır.
Hacıqabul Qaz İstismar idarəsinin əməkdaşları isə kompressor adlı cihazla həyata keçirdikləri prosesi isə belə izah ediblər: “Əskiyimiz var, ona görə qaz əvəzinə hava vurulur”.
Kənd sakininin sözlərinə görə, xətlərə hava vurulduqdan sonra, təxminən 1 saat ərzində qaz əvəzinə hava gəlir. Qazın gəlməməsinə baxmayaraq, sayğac da “öz işində” olur:
 “Qaz yerinə hava gəlir. Amma sayğac işləyir axı?! Kubu 20 qəpikdir, 1 saat da hava gəlməlidir ki, ardınca qaz gəlsin. 1 saat boş-boşuna sayğac yazsa, görün ayda nə qədər pul edir. İdarədən deyirlər ki, əskiyimiz var. Əskiyi də əhalidən yığırlar”.
 Hacıqabul sakini faktla bağlı video görüntüləri də yollayıb.
Əslində, ölkədə qaz böhranı yay-qış davam edir. Elə bu qış Bakıda və Sumqayıtda yaşayanların hansı məşəqqətləri çəkdikləri yaddan çıxmayıb.
Təkcə sosial şəbəkələrdə olan şikayətləri toplamaqla narazılığın kütləvi olduğunu söyləmək olardı. Çünki qışda evlərə ya qaz verilmir, ya fasilələrlə verilir, ya qazın təzyiqi aşağı olur, yaxud da qazın bərpası zamanı xətlərdən hava gəlir.
 
Nəticədə abonentlər sayğaca qaz yükləyir, pulunu vaxtı-vaxtında ödəyir, amma qaz ölkəsinin sakinləri normal mavi yanacaqla təmin olunmur, mənzillər buza donur. Yayda isə Hacıqabul sakininin qaldırdığı problem kimi – əskiyi camaatın cibindən çıxarmaqla turbalara hava vurulur.
BakuPost.az-a açıqlama verən “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev isə iddiaları bölüşmür. O, saytımıza bildirib ki, qaz turbasına hava vurulması yalnız bir halda mümkün ola bilər:
“Qaz xəttinə müdaxilə etmək, hansısa hava vurmaq anlayışı yoxdur. Qaz təsərrüfatında təhlükəsizlik və istismar qaydalarında belə bir şey əks olunmayıb. 
Yeni əkilmiş qaz xətləri kipliyə yoxlanılanda, sınaqdan keçirilir. İstismara yararlıdırsa, həmin əraziyə təbii qazın verilişi bərpa olunur. 
O cümlədən, istismarda olan qaz xətlərinin yararsız, korroziyaya uğrayan hissələri dəyişdirilib, yenisi ilə əvəz edildikdə, həmin o hissələrin əvəzlənməsi zamanı kipliyə sınaq olunur. Yəni ona təzyiq vurulur və dediyim proses həyata keçirilir. 
Kipliyə sınaq olduqdan sonra, təbii qazın verilişi bərpa edilir. Qaz xəttinə müdaxilə etmək, ora hava vurmaq həm mümkün deyil, həm də təhlükəsizlik qaydalarına uyğun deyil”. 
Əlbəttə, İ.Kəlbiyev qaz borularının hər gün niyə yoxlanıldığını, yoxlamaq üçün niyə saatlarla hava vurulduğuna aydınlıq gətirməyib. Həm aydın olmur ki, qışda bu problemin aktual olduğu, hər kəsin car çəkdiyi bir vaxtda qazın başına hava gəlməsinin yoxlama ilə əlaqədar olduğunu niyə deməmişdi?..
Qoy bu sualları “Azəriqaz” rəhbərliyi bir az düşünsün.
Biz isə videoya baxaq:

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dolların bu günə olan məzənnəsi açıqlandı (RƏSMİ)

Next Post

Neftin son qiyməti

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

06 May 2024 - 11:51

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Elchi.az  xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb....

Omeqa-3 kimlərə zərər verə bilər?

Omeqa-3 kimlərə zərər verə bilər?

05 May 2024 - 13:57

ACS: Omeqa-3 insulinin səbəb olduğu amiloidozda hüceyrə zədələnməsinə səbəb ola bilər. Elchi.az xəbər verir ki, balıqdan alınan sağlam doymamış yağlar zəhərli...

Next Post

Neftin son qiyməti

Dilimizdəki səhv sözlər: Ləvazimatlar, narahatçılıq...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.