"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərsun” qiymətləri artırıb: Apreldə bahalaşma daha da sürətlənəcək

29 Mart 2017 - 15:46
in CƏMİYYƏT

"Azərsun" qiymətləri artırıb:

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Son vaxtlar manatın sabitləşməsi ilə qiymətlərin tarazlaşacağı gündəmə gəlsə də bu sahədə hər hansı dəyişiklik yoxdur. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar- fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə istehlak qiymətləri indeksi 12,5 faiz artıb. Halbuki, ötən ilin müvafiq dövründə əvvəlki illə müqayisədə qiymətlərin ümumi səviyyəsində11,7 faiz artım qeyd alınmışdı.Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 15,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri, 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 8,4 faiz bahalaşıb.

Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Qubad İbadoğlunun sözlərinə görə, bu ilin ilk 2 ayında ərzaq məshulları səbətində ən çox bahalaşmaya məruz qalan meyvələr (20,2 faiz), ət məhsulları (19,7 faiz) və qənd, cem, bal, şokolad və konfetlər (17,6 faiz) olub. Qeyri-ərzaq məhsullarına gəlincə, onlardan parçalar (22,6 faiz), ayaqqabı (20,1 faiz) və geyim (18,7 faiz) daha çox bahalaşmaya məruz qalıb:

“Xidmət səbətində ən çox bahalaşma kanalzasiya xidmətlərində (250 faiz), elektrik enerjisi təchizatında (33,3 faiz) qeydə alınıb. Çox güman ki, təbii qaz təchizatında bahalaşma cari aydan etibarən başlayacaq və bu da son nəticədə xidmət bölməsində inflyasiyanı daha da yüksəldəcək. Bu ilin ilk 2 ayının nətciələrinə istinadən demək olar ki, manatın məzənnəsində “sabitlik” müşahidə olunsa da bu qiymətlərin artımını dayandırmadı, əksinə, göründüyü kimi qiymətlər daha sürətlə bahalaşmaqdadır. Düzdür, burda mövsümi amillərin təsiri və Tarif Şurasının məlum qərarları mühüm rol oynayıb. Amma eyni zamanda bahalaşmanı yaradan ənənəvi faktorlar – istehlak bazarında və idxalda inhisarçılıq meyllərinin güclənməsi də inflyasiyanın artımında ciddi rol oynayır. Belə ki, bu dövrdə istehlak bazarında hökmran mövqeyə malik olan “Azərsun” şirkəti müxtəlif porsiyalarla ərzaq mallarının pərakəndə satış qiymətlərini artırıb. Digər tərəfdən də idxal mallarının strukturuna baxsaq görərik ki, ilin başlanğıcında 2016-cı ilin yanvar ayı ilə müqayisədə mühüm məhsul növlərindən xam şəkər və şəkər idxalı 35,3 faiz, buğda – 3,4 dəfə, təzə meyvə – 60,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 3,3 dəfə, çay – 2,8 dəfə, mal əti – 58,6 faiz, təzə tərəvəz – 25,6 faiz, quş əti və onun əlavə məhsulları – 2,7 dəfə artıb. Bu isə onu deməyə əsas verir ki, devalvasiyanın qiymət artımına təsirləri davam etməkdədir”.

Ekspert vurğulayıb ki, milli iqtisadiyyatın qeyri-neft sektoru yenə də adı çəkilən məhsul növləri daxili istehlak tələbatını yerli məhsullarla ödəmək qabiliyyətində deyil:

“Odur ki, həmin məhsullar üzrə özünü təminetmə barədə səsləndirilən fikirlər, o cümlədən də ötən il kənd təsərrüfatı məhsullarının istehsalını artımı barədə rəsmi statistik informasiyalar şübhə doğurur. Fikrimizcə, mart və aprel aylarında qiymətlərin səviyyəsində artım daha da sürətlənəcək, qiymətlər üzərində stastistik müşahidələr və tendensiyalar göstərir ki, cari və gələn aylarda ən çox bahalaşma ərzaq və xidmət səbətində gözlənilir”.

Elchi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənilər Ağdamın işğal olunmuş ərazilərində hərbi təlim keçir

Next Post

Aprel döyüşlərində şəhid olan və övladının üzünü görməyən Qabilin oğlu – Foto

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Aprel döyüşlərində şəhid olan və övladının üzünü görməyən Qabilin oğlu - Foto

Cem Yılmaz haqqında Baş prokurorluğa müraciət olundu - Şok iddia

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.