"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

AZƏRTAC ispan dilində xəbər yayımına başlayıb – FOTO

22 Yanvar 2019 - 15:38
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC yanvarın 21-dən ispan dilində xəbər yayımına başlayıb.
İndiyədək agentlik 7 dildə – Azərbaycan, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində xəbərlər yayırdı. İspan dilinin əlavə olunması ilə agentliyin informasiya yayımını həyata keçirdiyi dillərin sayı 8-ə çatıb. Bu dildə buraxılan xəbərlər AZƏRTAC-ın saytının ispan dili versiyasında dərc olunur.
Bununla bağlı agentlikdə təqdimat keçirilib. İdarə Heyətinin sədri Aslan Aslanov qeyd edib ki, ispan dilində informasiya resursunun yaradılması Azərbaycan reallıqlarının beynəlxalq aləmdə yayılması istiqamətində AZƏRTAC-ın atdığı daha bir uğurlu addımdır. AZƏRTAC bir sıra ispandilli ölkələrin xəbər agentlikləri – İspaniyanın EFE, Argentinanın Telam, Paraqvayın İP, Kubanın Prensa Latina agentlikləri ilə sıx əməkdaşlıq edir. Eyni zamanda, hazırda Kolumbiya və digər ispandilli ölkələrin aparıcı media qurumları ilə əməkdaşlıq müqaviləsinin imzalanması üçün danışıqlar aparılır. Bildirilib ki, Azərbaycanın siyasi, iqtisadi, mədəni və bir çox digər sahələrində uğurları, həmçinin ölkəmizdə keçirilən beynəlxalq tədbirlər barədə informasiyaların 400 milyonluq ispandilli auditoriyaya çatdırılmasında bu resursun böyük önəmi olacaq. “İspan dilində redaksiyanın yaradılması agentliyin ispandilli tərəfdaşları ilə informasiya mübadiləsini daha da gücləndirmək üçün yaxşı imkanlar açacaq. Bu, Azərbaycanla bağlı reallıqların böyük coğrafi məkanda yayılmasını təmin edəcək”, – deyə Aslan Aslanov bildirib.
İspan dilində informasiya bölməsinin müdiri Nuridə Aslanova agentliyin ispandilli veb-resursu haqqında məlumat verib. Qeyd olunub ki, ölkəmizin həyatının bütün sahələrinə – iqtisadiyyat, mədəniyyət, turizm, Azərbaycan tarixinə dair ispan dilində geniş informasiya bazası yaradılıb. Bu gündən başlayaraq ölkədə baş verən mühüm yeniliklər və hadisələr haqqında xəbərlər AZƏRTAC-ın saytının ispandilli versiyasında və sosial şəbəkələrdə yayılır.
Agentliyin buraxılış üzrə baş redaktoru Elman Qədirov, multimedia və informasiya resursları redaksiyasının baş redaktoru Elşən Şahbalayev ispan dilində xəbərlərin yayımının təşkili məsələlərindən, xəbərlərin hədəf auditoriyasına çatdırılması, xarici informasiya resurslarında və sosial şəbəkələrdə əlçatan olması üçün görülən və görülməli olan işlər barədə danışıblar.
İspan dili ingilis və Çin dillərindən sonra dünyada ən çox danışılan üçüncü dildir, 21 ölkədə rəsmi dil olaraq qəbul edilib və BMT-nin 6 rəsmi dilindən biridir. Dilin yayılma coğrafiyası əsasən Avropa, Şimali Amerika və Cənubi Amerika qitələridir. Bu baxımdan AZƏRTAC-ın ispan dilində xəbər yayması rəsmi dövlət tədbirləri, Azərbaycanın həyata keçirdiyi mühüm beynəlxalq və regional layihələr barədə məlumatların, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin daha geniş auditoriyaya çatdırılması, ispandilli ölkələrdə erməni lobbisinin antiazərbaycan təbliğatına qarşı informasiya mübarizəsinin aparılması işinə böyük fayda verəcək. Eyni zamanda, agentlik üzvü olduğu beynəlxalq qurumlar və tərəfdaşlıq etdiyi agentliklərlə ispan dilində xəbər mübadiləsi aparacaq.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını artırıb

Next Post

17 yaşlı oğul anasına əl qaldıran atasını öldürdü – Göygöldə dəhşət

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
17 yaşlı oğul anasına əl qaldıran atasını öldürdü – Göygöldə dəhşət

17 yaşlı oğul anasına əl qaldıran atasını öldürdü - Göygöldə dəhşət

Paşinyan yenidən Moskvaya gedir

Paşinyan yenidən Moskvaya gedir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.