
“Bakı 2017” lV İslam Həmrəyliyi Oyunlarında ölkəmizi uğurla təmsil edən idman federasiyaları mükafatlandırılıb.
Yarışlarda uğurlu çıxışına görə Azərbaycan Uşu-Sanda Federasiyası da mükafatlandırılanlar arasında olub. Federasiyanın vitse-prezidenti, kikboqsinq üzrə Əməkdar idman ustası və Fəxri bədən tərbiyəsi işçisi Namiq Əsgərov İslamiadanın Təşkilat Komitəsi və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən diplom və medalla təltif olunub.
Qeyd edək ki, Namiq Əsgərov uzun illərdir Azərbaycanın idman sahəsində uğurlu fəaliyyət göstərən şəxslərdən biridir.







İlk şərhi siz yazın!