"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azadlığa buraxılan şəxs polis tərəfindən döyülüb? – DİN

11 Oktyabr 2022 - 12:18
in CƏMİYYƏT

Bakıda azadlığa buraxılan şəxsin polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı iddialar üzrə xidməti araşdırmara başlanılıb.
Elchi.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov deyib.
O bildirib ki, oktyabrın 10-da Xətai rayonunda mənzillərdən birindən 50 manat pul, 450 manat dəyərində gümüş bəzək əşyaları, 1000 rus rublu oğurlanması barədə polisə məlumat daxil olub:
“Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisənin baş verdiyi ərazidə quraşdırılan kameralara oğurluq əməlinin 1995-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunan İsmayıl Qəhrəmanov tərəfindən törədilməsi müəyyən edilib. Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən İsmayıl Qəhrəmanov saxlanılıb, idarə etdiyi BMV markalı avtomobilə keçirilən baxış zamanı avtomobildən oğurluq əşyalar, həmçinin digər mənzildən oğurladığı qızıl boyunbağı aşkar olunaraq götürülüb.
Aparılan araşdırmalarla müəyyən olunub ki, o, Binəqədi rayonu ərazisində də 2 mənzildən oğurluq edib. O, saxlanılarkən qaçmağa cəhd göstərsə də, polis əməkdaşları buna imkan verməyib. Qeyri-adekvat davranışlarına görə o, narkoloji müayinədən keçirilib və narkotik vasitə qəbul etməsi müəyyən edilib və toplanan materiallarla birlikdə baxılması üçün rayon məhkəməsinə göndərilib.
Lakin o, məhkəmədən buraxıldıqdan sonra məhkəmə qərarından rayon prokurorluğu ilə birgə apellyasiya şikayəti və protesti verilib. İsmayıl Qəhrəmanov Xətai Rayon polis idarəsinin İstintaq şöbəsinə gətirilib və Cinayət Məcəlləsinin 177.2.3 maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində saxlanılıb.
O da məlum olub ki, İsmayıl Qəhrəmanova yetkinlik yaşına çatmadığı dövrdə Bakı şəhəri ərazisində ümümilikdə 96 dəfə mənzil oğurluqları törətdiyinə görə məhkəmə məsuliyyətinə cəlb olunmaqla, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.
İsmayıl Qəhrəmanov 2019-cu ildə azadlığa buraxıldıqdan sonra 2021-ci ilin dekabrında Binəqədi rayonu ərazisində mənzildən külli miqdarda oğurluq hadisəsi törətdiyinə görə həbs olunaraq barəsində istintaq olunan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib, lakin məhkəmə istintaqı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalından buraxılıb. Hazırda həmin iş üzrə də məhkəmə istintaqı davam etdirilir.
Məhkəmədəki çıxışında polis əməkdaşları tərəfindən onun döyülməsi və təzyiqlər edilməsi ilə bağlı iddiaları üzrə xidməti araşdırma başlayıb. Nəticəsindən asılı olaraq bu məsələyə də hüquqi qiymət veriləcək.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistandan bir nəfər də olsun… – Abdullayeva

Next Post

Aqil Abbas: Yeni kadrlar inamı doğrultmur

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Deputat Qarabağda tələbə inşaat dəstələri yaradılmasını təklif edib

Aqil Abbas: Yeni kadrlar inamı doğrultmur

Sabahın hava proqnozu

Güclü külək əsəcək, yağış yağacaq – Xəbərdarlıq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.