"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

AZAL-da yoxlama: biletlərin qiyməti… – Palata

11 Noyabr 2022 - 13:43
in GÜNDƏM

Hesablama Palatası Azərbaycan Hava Yolları QSC-də (AZAL) apardığı dövlət əmlakının və dövlət vəsaitlərinin idarə olunmasının auditinin nəticələrini açıqlayıb.
xəbər verir ki, bu barədə Palatadan məlumat verilib.
Bildirilib ki, Palatanın 2022-ci ilin İş planına uyğun olaraq həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə Azərbaycan Hava Yolları QSC-nin (AZAL) 1 yanvar 2019-cu il tarixindən 1 yanvar 2022-ci il tarixinədək olan hesabat dövrləri əhatə olunmaqla audit sübutlarını əsasən aşağıdakılar təşkil edib.
Auditlə xarici müntəzəm aviareyslərdən müvafiq gəlirlərin əsasən üstün mövqeyə sahib olmaları şərtləndirilməklə eyni kommersiya partnyorlarının vasitəçiliyi ilə əldə olunması, bəzi komisyon haqların analoji standartlardan yüksək tariflərin, yükdaşıyıcı şirkətlərin hava gəmiləri üçün aeroport xidmətləri üzrə isə güzəştli tariflərin tətbiq olunması şəraitində qiymətlərin daha rəqabətli mühitdə formalaşmasına və ümumi rentabelliyin artırılması potensialının dəyərləndirilməsinə üstünlük verilmədiyi müəyyən edilib.
Həmçinin, müstəsna hüquqlar əvəzsiz qaydada verimiş kənar hüquqi şəxslər tərəfindən AZAL QSC-nin müştərilərinə aeroport ərazisində müxtəlif məzmunlu xidmətlərin göstərilməsindən əldə edilən gəlirlərin birbaşa və ya dolayısı ilə AZAL QSC-yə aid olması şəraitində dövlət-özəl tərəfdaşlığının beynəlxalq təcrübədə mövcud olan uğurlu nümunələrinin öyrənilməsi və tətbiqi imkanlarından istifadə edilməmiş, əlavə gəlir potensialı reallaşdırılmamışdır.
Aviasərnişindaşımada reyslər üzrə kreslolardan istifadə faizinin xərc tutumu daha yüksək olan uzun məsafəli istiqamətlərdə orta göstəricidən əhəmiyyətli səviyyədə aşağı olması, hava gəmilərindən, eləcə də aeroportlardan istifadə əmsallarının da aşağı intervallarda cərəyan etməsi sabit xərc yükü müqabilində istər aviasərnişindaşıma fəaliyyətindən, istərsə də digər əsas fəaliyyət növlərindən gəlirlərin artmasına mənfi təsir etməklə aviabiletlərin qiymətlərinin əhəmiyyətli optimallaşdırılması üçün münbit şəraitin formalaşmasını təmin etməmişdir.
Eyni zamanda, qiyməti dövlət tərəfindən tənzimlənməyən ölkədaxilində istehsalı olan reaktiv mühərrik yanacağının AZAL QSC-nin aviasərnişindaşımada istifadə olunan həcmlərinin alış qiymətləri 2021-ci ilin fevral ayından etibarən beynəlxalq satış birjalarında formalaşan qiymətlər əsasında müəyyənləşdirilir ki, bu da aviabiletlərin maya dəyərinin və satış qiymətlərinin optimallaşdırılmasına təhdidlər yaratmaqla mülkiyyət mənsubiyyəti dövlətə aid edilən hər ikisi Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan milli rezidentlər arasında qarşılıqlı kommersiya münasibətlərinin dövlət sektoru kontekstində tənzimlənmədiyini göstərir.
Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər çərçivəsində dövlət büdcəsindən əvəzsiz əsaslarla ayrılmış və zəruri cari öhdəliklərə yönəldilməli olan vəsaitlərin 35,3 milyon manat məbləğində olan hissəsi əvvəlki illərin öhdəlikləri, kapital qoyuluşları, qeyri-kommersiya xarakterli və lüzumsuz (sonrakı dövrlərdə özünün vəsaiti ilə həyata keçirilə bilən) ödənişlər, bank kreditləri, faiz borcları və cərimələr, eləcə də qabaqcadan təsdiqlənmiş bölgüyə uyğun olmayan istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsinə sərf olunmuşdur.
Bank kreditləri və digər borclanmalar üzrə əsas borc məbləğlərinin həcmi auditlə əhatə olunan dövr üzrə ümumilikdə 3,9 % azalsa da 2022-ci il yanvarın 1-nə 2,1 milyard manat təşkil etməklə uzunmüddətli perspektivdə cari dövriyyə vəsaitlərinin cari öhdəliklərdən geri qalması şərtilə AZAL QSC-nin maliyyə likvidliyinə əsaslı təhdidlər yaratmaqdadır.
Hava gəmiləri ilə sərnişin daşıma kimi əsas fəaliyyət çərçivəsində əmək tutumlu işlərin və xidmətlərin kənar hüquqi şəxslərə sifariş olunması şəraitində AZAL QSC üzrə ümumilikdə muzdlu işçi kontingentinin ştat cədvəli üzrə və faktiki olaraq sayları uzunmüddətli dövr ərzində əsasən optimallaşdırılmamışdır.
AZAL QSC-nin fəaliyyətində yol verilmiş bu və digər nöqsan və çatışmazlıqların müvafiq qisminin bərpa olunduğu nəzərə alınmaqla, dövlət əmlakının və dövlət vəsaitlərinin idarə olunmasında audit meyarları ilə müqayisədə bir sıra əhəmiyyətli uyğunsuzluq hallarının mövcud olması, eyni zamanda maliyyənin idarəetmə qərarlarının aktivlərdən qənaətli istifadə və artıq xərclərin qarşısının alınması baxımından dövlət sektoru kontekstində düzgünlük meyarlarına bir sıra hallarda cavab verməməsi ilə bağlı rəyə gəlinmiş, eləcə də nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə təkliflər irəli sürülüb.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fəzail Ağamalıdan “uşaq pulu” ilə bağlı qəribə təklif

Next Post

Türkiyə idmanının və Beşiktaşın kədərli günü: Ahmet Akbaşı itirdik

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Türkiyə idmanının və Beşiktaşın kədərli günü: Ahmet Akbaşı itirdik

Türkiyə idmanının və Beşiktaşın kədərli günü: Ahmet Akbaşı itirdik

Əliyev bunu deyibsə, edəcək – Qriqoryan

Əliyev bunu deyibsə, edəcək - Qriqoryan

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.