AZAL-dan yeni tariflər – Aşağı büdcəli brend tamamilə ləğv olunur

>

Aşağı büdcəli aviaşirkətin (“Buta Airways” lou-kosteri) işə salınması ilə əlaqədar olaraq cari ilin oktyabrın sonundan etibarən “Azərbaycan HavaYolları” QSC-nin (AZAL) tariflərində bir sıra dəyişikliklər olacaq.

Bunu da oxuyun

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, AZALJET aşağı büdcəli brendi tamamilə ləğv olunur və baqajın daşınmasını nəzərdə tutmayan xüsusi endirimli tariflər də daxil olmaqla yeni tariflər tətbiq ediləcək.

“Digər tariflər də mövcud olacaq ki, biz onlar barədə oktyabrın sonuna yaxın elan edəcəyik”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, AZAL-ın bütün yeni tariflərinə əl yükü (10 kq) və təyyarə göyərtəsində tam çeşidli qidalanma (seçiminizə uyğun isti yemək, desertlər, salatlar, soyuq və isti içkilərin bütün növləri) daxil olacaq.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728