"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

AZAL prezidentinə yaxın biznesmen həbs olundu

26 İyul 2014 - 09:01
in İQTİSADİYYAT MANŞET

“AAAF Park” yaşayış kompleksinin baş direktoru saxlanıldı; Tofiq Heydərovu Beynəlxalq Bankınimg1523751 rəhbəri ilə nə birləşdirir?

Bunu da oxuyun

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Hakimiyyət dairələri iri maliyyənin dövr etdiyi tikinti şirkətlərində yoxlamalara qərar verib. Azərbaycan üçün qeyri-ənənəvi dini cərəyanlara yaxınlığı ilə seçilən, xüsusən radikal vəhhabiliyə meyl edən dini qruplaşmaların maliyyə qaynaqlarının nəzarət altına alınması prosesi başlayıb.

Aldığımız son məlumata görə, “Sevil” MMC ilə paralel “AAAF Park” yaşayış kompleksində də yoxlamalar olub. Vergilər Nazirliyi və Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları kompleksdə yoxlamalara başlayıb. Yoxlamaların ilkin nəticəsi olaraq “AAAF İnşaat” MMC-nin baş direktoru Tofiq Heydərov saxlanılıb.
AZAL prezidenti Cahangir Əsgərovun yaxın çevrəsinə daxil olan T.Heydərovun vergi cinayətinə görə tutulduğu bildirilir.  “Yeni Müsavat”a daxil olan məlumata görə, yoxlama Korrupsiyaya Qarşı Mübarizə Komissiyasından verilən gizli göstərişlə həyata keçirilir.
Hər iki kompleksdə külli miqdarda vergidən yayınma halları qeydə alınıb. Qeyd edək ki, artıq Baş Prokurorluq “Sevil” MMC-də baş verən qanunsuzluqlar və həbslər haqda rəsmi məlumat yayıb.
Məsələ ilə bağlı “AAAF İnşaat” MMC ilə əlaqə saxladıq. Özünü təqdim etməyən MMC-nin xanım əməkdaşı əvvəlcə T.Heydərovun ölkə xaricində olduğunu söylədi. Sonradan isə T.Heydərovun iclasda olduğunu deyib telefonu qapatdı.
“AAAF İnşaat”ın  həm AZAL prezidenti Cahangir Əsgərova, həm də Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevə bağlılığı haqda məlumatlar var. MMC adındakı AAAF abbreviaturasının Cahangir Əsgərovun prezidenti olduğu Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) işarə olduğu deyilir.
Bu məlumatın ortaya çıxması təsadüfi deyil. Həbs xəbəri yayılmış Tofiq Heydərov vaxtilə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti olub. Yəni birbaşa C.Əsgərovun müavini vəzifəsini daşıyıb. “AAAF Park” yaşayış kompleksində ailə sağlamlıq mərkəzi, uşaq bağçası, hotel, restoranlar, müxtəlif təyinatlı mağazalar, hər biri 6 sot ərazidə inşa edilmiş 2 mərtəbəli çoxsaylı villalar, 4 mərtəbəli yaşayış evləri, uşaqlar üçün əyləncə parkı var. Burada məktəblə yanaşı, ağır atletika ilə məşğul olan “Zirvə” idman klubunun üçmərtəbəli böyük binası da inşa edilib. “Zirvə”nin  C.Əsgərovun prezidenti olduğu federasiya ilə əlaqələri də mövcuddur.
Cahangir Hacıyevə isə ərazinin aidiyyəti kompleksin üzərində tikildiyi torpağın Azərbaycan Beynəlxalq Bankının (ABB) girovluğunda olmasından keçir. Vaxtilə “Bakı Quşçuluq” ASC-nin yerləşdiyi bu ərazi sonradan şübhəli yollarla özəlləşdirilib. ASC səhmdarlarının məhkəmələrə üz tutması da, hüquqlarının bərpa olunması ilə sonuclanmayıb. C.Hacıyevə “AAAF inşaat” MMC-nin digər bağlılıqları da var. C.Hacıyev bu şirkətə daha aşağı faizlə uzunmüddətli kreditlər verib.
“Yeni Müsavat” əməkdaşı Baş Prokurorluğun mətbuat xidmətinə müraciət edərək  “AAAF İnşaat” MMC-də yoxlamaların aparılıb-aparılmamasını dəqiqləşdirməyə çalışıb. Lakin xidmətdən sorğumuza hər hansı bir şərh verilməyib.
Mövzuya qayıdacağıq.
E.MƏMMƏDƏLİYEV
 
P.S. Məsələ ilə bağlı aidiyəti şəxsləri dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ziya Məmmədovun qürubunun şok səbəbi

Next Post

Azərbaycanın cənub bölgəsində meşələr yanır

Bənzər yazılar

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

29 Aprel 2024 - 10:15

Türkiyənin dəri məmulatlarının istehsalı üzrə ixtisaslaşmış “Birlik Deri” şirkətinə Ağdam Sənaye Parkının rezidenti statusu veriləcək. Elchi.az  xəbər verir ki, bu...

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

17 Aprel 2024 - 15:24

Bakıda bu gün Ekspo Mərkəzdə "Made in BRICS & SCO" beynəlxalq sərginin açılışı olub. Elchi.az  xəbər verir ki, burada BRİCS...

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

16 Aprel 2024 - 21:58

Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 94,5 min ton yük, 782,1 min sərnişin daşınıb. Elchi.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər...

Bitkoin kəskin ucuzlaşıb

Bitkoin kəskin ucuzlaşıb

22 Mart 2024 - 20:35

Bitkoinin məzənnəsi “Coinbase” birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. Elchi.az xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın...

Next Post

Azərbaycanın cənub bölgəsində meşələr yanır

Neft bahalaşıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.