Tam təqaüdlə Massaçussets Texnologiyalar İnstitutunun bakalavr səviyyəsinə qəbul alan Fidan Qarayeva növbəti möhtəşəm uğura imza atıb.
Elchi.az xəbər verir ki, o, Sloveniyanın Portoroz şəhərində təşkil olunan 12-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) qalib gələrək qızıl medala layiq görülüb.
Həmçinin F.Qareyeva 2019-cu il tarixində 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının qaliblərindən biridir. O, 44 ölkədən 68 iştirakçının qatıldığı qızlar arasında Riyaziyyat üzrə Avropa Olimpiadasında ən gənc qalib adını bürünc medalla qazanıb.
Qeyd edək ki, EGMO ilk dəfə 2012-ci ildə İngiltərədə təşkil olunan, məktəbli qızlar arasında keçirilən bilik yarışıdır.
Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az xəbər...




