Nikolay Azarov qeyd edib ki, son günlər Ukraynada bir çox mühüm obyektlər vurulub.
Elchi.az xəbər verir ki, Ukraynanın hava hücumundan müdafiə raketləri tükənmək üzrədir. Bu fikirləri ölkənin keçmiş baş naziri Nikolay Azarov deyib.
Ukraynanın keçmiş baş naziri bəyan edib ki, son günlər yerli hava hücumundan müdafiə sisteminin reaksiyası minimal olub.
“Köhnə tipli raketlərə qarşı müqavimət də aşağı idi, bu, zenit-idarə olunan raketlərin tədarükünün tükəndiyini göstərə bilər, o qədər akkumulyatorlar atəş əmri almadı”, – deyə Azarov Telegram-da yazıb və bir çox mühüm hədəflərin olduğunu qeyd edib.
Şayəstə Hüseynova




