Noyabrın 9-da ATƏT PA-nın nümayəndə heyəti olaraq Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Erdoğanla və Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentopla Ankarada keçirdiyimiz görüşdə çox mühüm məsələləri müzakirə etdik.
Bunu Musavat.com-a deputat, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib.
O qeyd edib ki, görüşdə Türkiyənin son illər üzləşdiyi qaçqın köçü və qanunsuz miqrasiya, terrorla mücadilə, ikili standartlar və selektiv yanaşmalar, islamafobiya və digər təhdidlərlə bağlı mövzular diqqət mərkəzində olub.
Müzakirələr zamanı İkinci Qarabağ savaşından sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi, regionda qalıcı sülh və barış üçün yeni imkanlar yarandığı, Ermənistanın hazırkı reallıqlar əsasında Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşdırmasının vacibliyi vurğulanıb.
ATƏT PA ilə Türkiyənin ən müxtəlif mövzularda əməkdaşlıq etməsinin, fərqli yanaşmaların dialoq və anlaşma çərçivəsində həllinin vacibliyi qeyd olunub.





