"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azercell” əməkdaşlıq memorandumu imzaladı – FOTO

23 Oktyabr 2018 - 18:40
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin formalaşmasına yönəlik uğurlu layihələriylə seçilən “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi innovativ mühitin inkişaf etdirilməsi üçün bir sıra qlobal təşkilatlar, qurumlar və Qeyri Hökumət Təşkilatları ilə əməkdaşlıq edir.

Elchi.az xəbər verir ki, mərkəz innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə, İKT sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə öz töhfəsini vermək məqsədilə Rabitə və Yüksək Texnologiyalar nazirliyinin nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlığa başlayır. İki qurum arasında imzalanan memoranduma əsasən YT Park ilə Azercell arasında elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsi aparılacaq, əməkdaşların ixtisas səviyyəsinin artırılması məqsədilə təlimlər təşkil ediləcək, elmi-texniki innovasiya sahəsində əməkdaşlıq edilərək, müştərək layihələr hazırlanacaq. Bundan əlavə  mütəxəssis hazırlığında gənc kadrların motivasiya edilməsi və gənc startapçıların yetişdirilməsi də əməkdaşlığın əsas istiqamətlərindəndir. Yüksək texnologiyalar sektorunda təhsil üçün ən yüksək beynəlxalq standartlarda şəxslərin və institutların inteqrasiyasının genişləndirilməsi, laboratoriyaların yaradılması imkanlarının araşdırılması və mövcud laboratoriyalardan və kadr potensialından birgə istifadə edilməsi, eyni zamanda birgə proqramlarda internetə çıxış kimi resursları və imkanları ilə tələbələrin təmin edilməsi də memorandumda əksini tapıb.

Məlumat üçün bildirək ki, Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanına əsasən iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədi ilə yaradılıb.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi isə 2009-cu ildə Azərbaycanda biznes innovasiyasını artırmaq, əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların şirkətləşməsinə dəstək olmaq məqsədi ilə fəaliyyətə başlayıb. Mərkəz 2015-ci ildən etibarən ölkənin aparıcı şirkətlərindən biri olan PAŞA Bank tərəfindən dəstəklənir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dövlət büdcəsindən səhiyyə və təhsil sahəsinə ayrılan vəsait artırılır

Next Post

Ermənistanda nazirliklərin sayı 8-10-dək azaldılacaq

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Ermənistanda nazirliklərin sayı 8-10-dək azaldılacaq

Ermənistanda nazirliklərin sayı 8-10-dək azaldılacaq

“ABŞ dünyanın və insan haqlarının düşmənidir” – Boliviya prezidenti

“ABŞ dünyanın və insan haqlarının düşmənidir” – Boliviya prezidenti

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.