Lider mobil rabitə operatoru Azərbaycandan Ukrayna istiqamətində tətbiq etdiyi pulsuz zənglərin müddətini martın 6-na qədər uzadıb!
Azercell Ukraynadakı vəziyyətlə əlaqədar abunəçilərinə dəstəyini davam etdirir. Belə ki, lider mobil operator hazırda Ukrayna ərazisində olan Azərbaycan vətəndaşları, həmçinin vətəndaşlarımızın bu ölkədə yaşayan doğmaları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə Azərbaycandan-Ukrayna istiqamətində tətbiq etdiyi ödənişsiz telefon zənglərinin müddətini mart ayının 6-dək (06.03.2022 tarixi daxil) uzatdı. Bu imkan bütün Azercell abunəçiləri üçün təqdim olunub.
Ukrayna istiqamətində mobil rabitə xətlərində mümkün yüklənmə riskinin və pulsuz bağlantıdan sui-istifadə hallarının qarşısının alınması məqsədilə mobil operator öz abunəçilərdən qeyd edilən güzəştli zəngləri 3 dəqiqə civarında saxlamağı xahiş edir.
Xatırladaq ki, Azərbaycandan Ukraynaya ödənişsiz zəng imkanı şirkət tərəfindən fevral ayının 27-dən etibarən tətbiq olunub. Azercell daha öncə Ukraynada olan abunəçilərinin balansına 50 azn həcmində vəsait yükləyib. Abunəçilərini diqqət mərkəzində saxlayan mobil operator onlara daima ünsiyyət və əlaqədə qalmaq üçün imkanlar yaradır. Bundan əlavə, şirkətin xidmət mərkəzləri 7/24 abunəçilərin xidmətindədir: Çağrı Mərkəzi (ümumi əlaqə nömrəsi *1111, fakturasız xətt abunəçiləri üçün (012) 490 49 49, fakturalı xətt abunəçiləri üçün (012) 490 52 52); Online Dəstək xidməti; “Kabinetim” tətbiqi: https://www.azercell.com/az/personal/digital-solutions/kabinetim.html.
***
11:36
Ukraynadakı hərbi vəziyyətlə əlaqədar “Azercell” abunəçiləri üçün Azərbaycan-Ukrayna istiqamətində edilən ödənişsiz telefon zənglərinin müddəti 6 mart saat 23:59-dək uzadılıb.
Şirkət xəbər verir ki, zənglərin maksimum müddəti 3 dəqiqə təşkil edəcək.
Qeyd edək ki, operator tərəfindən bu xidmətin müddəti ilkin olaraq fevral ayının 27-dən mart ayının 2-dək nəzərdə tutulurdu.
Neft yenidən bahalaşdı
Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...






