"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azercell-dən Vaşinqtonda Azərbaycan musiqisi gecəsi 

23 Mart 2022 - 19:34
in CƏMİYYƏT

Şirkət Novruz bayramında gənc musiqiçi Xan Bəylinin konsertini təşkil etdi
 
Mart ayının 20-də Azercell-in təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin dəstəyi ilə ABŞ-ın paytaxtında Novruz bayramı münasibətilə gənc musiqiçi və bəstəkar Xan Bəylinin konserti təşkil olunub. Vaşinqtonun ən məşhur konset zallarının birində tutan tədbirə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalovanın dəvəti ilə Türkiyənin Vaşinqtondakı səfiri Murat Mercan, Qazaxstan Respublikasının səfiri Yerjan Aşıkbayev, Özbəkistan Respublikasının səfiri Javlon Vahabov, Amerikadakı Azərbaycan və müxtəlif xalqların diaspor üzvləri, eləcə də yerli qonaqlar qatılıb. 
 
Açılış nitqi ilə çıxış edən Azercell-in prezidenti Zərinə Zeynalova şirkət tərəfindən həyata keçirilən bu tədbirin zəngin mədəni irsimizin, milli dəyərlərimizin beynəlxalq ictimaiyyətə tanıdılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. Zərinə xanım həm milli, həm də dünya musiqisinin müxtəlif çalarlarını öz əsərlərində əks etdirən gənc bəstəkar Xan Bəylinin fəaliyyətini yüksək qiymətləndirdiyini, öz ətrafında fərqli insanları birləşdirmək qüvvəsinə malik olduğunu qeyd edib. 
 
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri cənab Xəzər İbrahim səhnəyə Azərbaycanın milli paltarlarını geyinmiş övladları ilə birlikdə çıxaraq qonaqları səmimi tərzdə Novruz bayramı münasibətilə təbrik edib. Xan Bəylinin dünyaya örnək ola bilən Azərbaycan dəyərlərinin və musiqisinin ABŞ-da təbliğ edilməsində fəal iştirak etdiyini vurğulayan səfir, Azercell-ə və bu təşəbbüsün gerçəkləşməsində əməyi keçən hər kəsə təşəkkür edib. 
 
Tədbirin xüsusi qonağı İctimai Televiziya və Radionun aparıcısı Fateh bu musiqi ziyafətinə Xanın Azərbaycandakı pərəstişkalarını və saat fərqinə baxmayaraq səbirsizliklə bu konsertin yayımını gözləyən Azərbaycan auditoriyasını təmsil etmək üçün qatıldığını bildirib. Məşhur aparıcı sosial media hesablarından izləyicilərinə konserti canlı izləmək imkanı yaradıb. 
 
Ukraynada Azərbaycan ailəsində doğulan həmyerlimiz Xan Bəyli Azərbaycan xalq mahnıları, müasir estrada bəstələrilə yanaşı, özünün müəllifi olduğu musiqiləri də səsləndirib. Muğamı caz və etnik musiqi ilə xüsusi improvizasiyada təqdim edən Xan Bəyli Amerikanın müxtəlif ştatlarından tədbirdə iştirak etmək üçün bir araya toplanan dinləyicilərinə öz musiqisi ilə Novruz öncəsi  xoş ovqat bəxş edib.
 
Qeyd edək ki, Bostondakı Berkli Musiqi Kollecinin məzunu olan Xan Bəyli Azərbaycan musiqisinin xaricdə tanıdılması  üçün fərqli və maraqlı layihələr icra edib, Jack De Johnette, John Medeski, David Fiuczynski və Screaming Headless Torsos, Ənvər İsmayılov, Erkan Ogur və digər tanınmış sənətçilərlə səhnəni bölüşüb. 
 
Amerika icması tərəfindən tədbir böyük rəğbətlə qarşılanıb. Qonaqlar və icma nümayəndələri xoş təəssüratlarını aktiv şəkildə sosial media hesablarında paylaşıblar. Konsertdən görüntülər tez bir zamanda Azercell-in rəsmi YouTube kanalında paylaşılacaq. 
 
“Azercell Telekom” MMC Azərbaycan musiqisini beynəlxalq müstəvidə təbliğ edən həmyerlimiz Xan Bəyliyə gələcək fəaliyyətində uğurlar arzu edir!
 
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Azərbaycanın mobil rabitə sənayesinin lideri “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyondan çox abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94,25%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,73% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” və “İlin ən innovativ şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Azercell-in məqsədi : “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Xidmət rəisi: “Sürüşmə prosesləri aktivləşə bilər” – FOTO

Next Post

Azərbaycanda daha 38 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Azərbaycanda daha 38 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Azərbaycanda daha 38 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.