"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azercell Könüllüləri” və Mobil Müştəri Xidmətləri Bərpa Mərkəzinə səfər edib – FOTO

18 Mart 2022 - 20:00
in SOSİAL

Aparıcı mobil operator “Azercell Telekom”un öz əməkdaşlarından ibarət “Azercell Könüllüləri” xeyriyyə qrupu uzun illərdir ki, əhalinin daha həssas təbəqələri üçün müxtəlif təşəbbüslər həyata keçirməklə yanaşı, Vətən müharibəsində şəhid olmuş əsgərlərimizin ailə üzvlərini, eləcə də, sağlamlığını itirən qazilərimizi hər zaman diqqət mərkəzində saxlamağa çalışır.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

“Azercell Könüllüləri” növbəti səfərini Novruz bayramı ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Protez Ortopedik Bərpa Mərkəzinin Mürəkkəb Protezləşdirmə Stasionarına etdi. Həmin bərpa mərkəzində müalicə alan qazilərimizlə bir neçə gün ərzində görüşlər keçirən “Azercell” əməkdaşları təşkil etdikləri bayram süfrəsində onlara xüsusi sovqatlarını təqdim etdilər.

1-ci və 2-ci Qarabağ müharibəsi veteranlarının keyfiyyətli bağlantıya olan tələbatlarını nəzərə alaraq “Azercell” Mobil Müştəri Xidmətləri komandası da bərpa mərkəzinə baş çəkərək onlara təmənnasız şəkildə 30-dan çox müştəri əməliyyatı həyata keçirdilər. Qeyd etmək lazımdır ki, səfər zamanı bir qayda olaraq “Azercell”in Müştəri Xidmətləri Mərkəzlərində göstərilən bütün növ xidmət və əməliyyatlar, o cümlədən yeni təsis, sim kartın dəyişdirilməsi və nömrənin bərpası kimi əməliyyatlar həyata keçirildi. Qələbə sevincini bizə qazandıran məğrur əsgərlərimizin rabitə imkanlarından daha rahat şəkildə yararlanmaq məqsədilə təşkil olunmuş bu təşəbbüsdən qazilər çox razı qaldıqlarını söyləyərək “Azercell” əməkdaşlarına öz minnətdarlıqlarını ifadə etdilər.

Xatırladaq ki, bundan öncə “Azercell” Mobil Müştəri Xidmətləri mobil rabitə təminatçıları arasında ilk dəfə olaraq Şuşaya səfər edərək iki gün ərzində hərbçilər, tibbi heyət və Şuşa şəhərinin bərpasında iştirak edən digər işçi heyəti üçün pulsuz rabitə xidmətləri həyata keçirib və növbəti aylar ərzində işğaldan azad olunmuş digər bölgələrə də səfər etməyi planlaşdırır.

“Azercell Könüllüləri” xeyriyyə qrupu da şirkətin digər xidmət strukturları ilə birgə əhalinin daha həssas, daha çox qayğıya ehtiyacı olan təbəqələri üçün bundan sonra da yeni sosial təşəbbüslər həyata keçirməyi qarşısına məqsəd qoyub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zelenskinin ofisi: Müharibənin aktiv fazası 2-3 həftəyə başa çatacaq

Next Post

Gənclər insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirilirlər

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
Gənclər insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirilirlər

Gənclər insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirilirlər

Bu gün idmançılarımız beynəlxalq yarışlarda qalib gəlmiş müzəffər xalqı təmsil edir

Bu gün idmançılarımız beynəlxalq yarışlarda qalib gəlmiş müzəffər xalqı təmsil edir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.